Nəbiyev Mahmud Yusif oğlu (29 may 1957, Naxçıvan – 7 dekabr 2022, Bakı[1]) — Azərbaycanın əməkdar hüquqşünası[2], Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri (2000–2011)[3], Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri (2011–2022).
Mahmud Nəbiyev | |
---|---|
Mahmud Yusif oğlu Nəbiyev | |
![]() | |
2000 – 2011 | |
2011 – 2022 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 may 1957(1957-05-29) |
Doğum yeri | |
Vəfat tarixi | 7 dekabr 2022(2022-12-07) (65 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Atası | Yusif Nəbiyev |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() |
Mahmud Nəbiyev 1957-ci il mayın 29-da Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Yusif Mustafa oğlu Nəbiyev dövrünün ictimai-siyasi xadimi kimi fəaliyyət göstərərək 1970–1979-cu illərdə Naxçıvan MR-nin Nazirlər Sovetinin sədri olmuşdur. Mahmud Nəbiyev Naxçıvan şəhər 1 saylı orta məktəbində təhsil almışdır. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş və həmin ildən prokurorluq orqanlarına işə qəbul olunaraq 1987-ci ilədək müxtəlif prokurorluq orqanlarında, o cümlədən Sabunçu Rayon Prokurorluğunda stajor, Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət üzrə prokuror köməkçisi, Səbail rayon prokurorunun müavini kimi vəzifələrdə işləmişdir. Daha sonra xidməti fəaliyyətini 1987–1993-cü illərdə Gəncə şəhər Nizami rayon prokuroru, 1993–1994-cü illərdə Azərbaycan Nəqliyyat prokurorunun müavini, 1994–2000-ci illərdə Sumqayıt şəhər prokuroru kimi davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncama əsasən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri təyin edilmiş, 2011-ci ilədək həmin vəzifədə çalışmış, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncama əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilmiş və 2022-ci ilin dekabr ayınadək həmin vəzifəni icra etmişdir.
Prokurorluq və Ədliyyə orqanlarında qüsursuz xidmətlərinə görə müxtəlif illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun və Ədliyyə Nazirliyinin mükafatları ilə təltif olunmuşdur. İstər məhkəmə, istərsə də prokurorluq orqanlarında çalışdığı dövrlərdə hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşdırılmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusilə bir sira dövlət çevirilişi cəhdlərində iştirak etmiş və digər ağır cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq barələrində ədalətli məhkəmə hökmlərinin çıxarılmasında xidmətləri olmuşdur.
Erməni təcavüzü və blokada şəraitində Naxçıvanın müdafiəsində, o cümlədən Naxçıvan şəhərinə bir neçə təyyarə yardımın göndərilməsində fəal iştirak etmişdir.
Azərbaycanın əməkdar hüquqşünası Mahmud Yusif oğlu Nəbiyev 2022-ci il dekabr ayının 7-də Bakı şəhərində vəfat etmişdir.[4][5][6]
4 övladı, 9 nəvəsi vardır.