Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. (fevral 2025) |
Mahmud Nəcməddin Əfəndi (23 iyun 1878, Topqapı sarayı – 27 iyun 1913, İstanbul) — 35-ci Osmanlı sultanı Sultan Rəşadın oğlu, Osmanlı şahzadəsi.
Mahmud Nəcməddin Əfəndi | |
---|---|
osman. شہزادہ محمود نجم الدین | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | Beşiktaş sarayı, İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | Sultan Rəşad türbəsi, İstanbul |
Atası | Sultan Rəşad |
Anası | Dürrüadən Qadınəfəndi |
Ailəsi | Osmanlı xanədanı |
![]() |
Şahzadə Nəcməddin Əfəndi 23 iyun 1878-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Rəşad Əfəndi, anası isə onun ikinci xanımı Dürrüadən Qadınəfəndidir. Atasının taxta çıxışının ardından 1909-cu ildə təşkil edilən Anadolu səyahəti boyunca qardaşları Ziyayəddin Əfəndi və Hilmi Əfəndiylə birlikdə atasının yanında yer aldı. Yenə 1911-ci ildə atası və qardaşlarıyla birlikdə Rumeliyə səyahət etdi.
Dolmabağça və Ulduz saraylarında xüsusi otaqlar verilsə də, Nəcməddin Əfəndi 1910-cu ildən etibarən Beşiktaş sarayında yaşamağa başladı. Burada günlərini möhtəşəm yemək və musiqi ziyafətlərində keçirən Nəcməddin Əfəndi obez xəstəsi idi. Məhz ağır çəkili olması səbəbilə 27 iyun 1913-cü ildə keçirdiyi spazm səbəbilə anidən vəfat etdi. Cənazəsi Sultan Rəşad türbəsinə dəfn edildi. Övladı olmamışdır.