Makoto Şinkay (新海誠, Shinkai Makoto?, d. 9 fevral 1973) — yapon animasiya rejissoru, manqaka, seyyu. Əsl adı Makoto Niitsudur. Məktəb illərindən manqa, anime və ranobe istehsal etmək istəyirdi. Ən çox sevdiyi anime - Hayao Miyazakinin "Castle in the Sky"-dır. Bəziləri onu yeni Miyazaki adlandırsalar da,[1] Şinkay onu həddindən artıq qiymətləndirdiklərini söyləyir. Həm də o, Miyazakidən fərqlənən bir üsulda işləmək istədiyini bəyan etmişdir.
Makoto Şinkay | |
---|---|
yap. 新津 誠 | |
Makoto Şinkay Moskvadakı mətbuat konfransında. | |
Doğum tarixi | (52 yaş) |
Doğum yeri | Komi, Naqano prefekturası |
Vətəndaşlığı |
![]() |
Təhsili |
|
Fəaliyyəti | kinorejissor, animasiyaçı, ssenarist, kinematoqraf, montajçı[d], illüstrasiyaçı[d], romançı, yazıçı, film prodüseri |
Fəaliyyət illəri | 1997 – hazırda |
![]() |
|
shinkaimakoto.jp | |
![]() |
Başqa animatorlarla fərqi ondadır ki, Şinkay çox vaxtı işin əsas hissəsini öz üzərinə götürməyə çalışır. İlk layihələrini – "Voices of a Distant Star" və "She and Her Cat", tamamilə özünün ev kompüterində yaratmışdı, seyyu rolunu isə həyat yoldaşı Miko Şinohara ifa edirdi.
Qatarlar Şinkay üçün bir növ fetiş sayılır və onun yaradıcılığında böyük rol oynayırlar.