. Love.az

Malay Yarimadasi - Wikipedia - Love.az

Ana Səhifə - Malay Yarimadasi

Malakka (tay แหลมมลายู, malay Tanah Melayu, birm. မလေး ကျွန်းဆွယ်, həmçinin Malay yarımadası (tay คาบสมุทรมลายู, malay Semenanjung Tanah Melayu)) — Cənub-Şərqi Asiyada yerləşən iri yarımadalardan biri. Qərbdən Andaman dənizi və Malakka boğazı, şərqdə isə Cənubi Çin dənizi, Siam körfəzi ilə əhatələnir. Hind-Çin yarımadasınln cənub qutaracağında yerləşir. Yarımadanın cənubunda Asiya materikinin ən ucqar cənub nöqtəsi olan Piay burnu yerləşir.

Malakka/Malay
Ümumi məlumatlar
Sahəsi 190,000 km²
Yerləşməsi
7° şm. e. 100° ş. u.HGYO
Akvatoriya Siam körfəzi/Andaman dənizi/Cənubi Çin dənizi/Malakka boğazı
Ölkələr
  •  Malayziya
  •  Tailand
  •  Myanma
Malakka/Malay xəritədə
Malakka/Malay
Malakka/Malay
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uzunluğu şimaldan cənuba 1300 km, sahəsi 190 min km², şimal sərhəddi Kra bərzəxindən keçir və eni 44 km təşkil edir. Orta hissədə hündürlük 2190 m (Taxan) təşkil edir.

Ərazisi Myanma, Tailand və Malayziya kimi ölkərinin tərkibinə daxildir. Şimal-qərbdə Myammanın cənub hissəsi, şimal hissəsi Tailand, cənub hissəsi isə Malayziyanın ərazisini təşkil. Yarımadadan cənubda Sinqapur adası yerləşir. Cənub-Qərbdə Malakka boğazı vastəsi ilə İndoneziyanın Sumatra adasından ayrılır.

Ən iri şəhərləri — Kuala-Lumpur və İpox (Malayziya)[1].

İstinadlar

redaktə
  1. ↑ Malakka (yarımadası) [ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Malay_yarımadası&oldid=7857052"
LOVE.AZ