Maliyyə analizi — (maliyyə hesabatının təhlili, mühasibat təhlili və ya maliyyənin təhlili kimi də istinad edilir) biznesin, sub-biznesin və yaxud layihənin həyat qabiliyyətinin, sabitliyinin və gəlirliliyinin qiymətləndirilməsinə aiddir. Bu, maliyyə hesabatlarından və başqa hesabatlardan alınan məlumatlardan istifadə edən əmsallar və başqa metodlardan istifadə edərək hesabat hazırlayan mütəxəssislər tərəfindən həyata keçirilir. Adətən bu hesabatlar biznes qərarlarının qəbul edilməsində əsaslardan biri kimi yuxarı rəhbərliyə təqdim olunur. Maliyyə analizi müəssisənin aşağıdakıları edə biləcəyini müəyyən edə bilər:
Maliyyə analitikləri tez-tez şirkətinin elementlərini aşağıdakı kimi qiymətləndirlər:
Həm ikinci, həm də üçüncü verilmiş şərtlər mühasibat balansına əsaslanır ki, bu da müəyyən bir vaxtda biznesin maliyyə vəziyyətini göstərir.
Maliyyə analitikləri tez-tez maliyyə göstəricilərini (ödəmə qabiliyyəti, gəlirlilik, artım və s.) müqayisə edirlər:
bu ekstrapolyasiya üsulu maliyyə təhlilində səhvlərin əsas mənbəyidir, çünki keçmiş statistik məlumatlar gələcək perspektivlərin zəif proqnozlaşdırıcıları ola bilər.
Maliyyə əmsallarının müqayisəsi maliyyə analizinin aparılmasının yalnız bir üsuludur. Maliyyə analitikləri faiz analizindən də istifadə edə bilərlər ki, bu da bir sıra rəqəmlərin bir baza məbləğindən faizlə azaldılmasını nəzərdə tuturdu.[1] Məsəl üçün, bir qrup maddələr xalis gəlirin faizi kimi ifadə edilə bilər. Müəyyən bir müddət ərzində eyni göstəricinin mütənasib dəyişiklikləri faizlə ifadə edildikdə, bunu horizontal analiz adlandırırlar.[2]
Şaquli və yaxud ümumi ölçülü təhlil bəyanatdakı bütün maddələri bəzi əsas dəyərin faizi kimi "ümumi ölçüyə" endirir və bu da müxtəlif ölçülü digər şirkətlərlə müqayisə olunmağa kömək edir.[2] Nəticə olaraq, mənfəət və zərər hesabatının bütün maddələri satışa bölünür və balansın bütün maddələri ümumi aktivlərə bölünür.[3]
Digər bir üsul isə müqayisəli analizdir. Bu istiqamətləri müəyyən etmək üçün daha yaxşı bir yol təqdim edir. Müqayisəli təhlil eyni məlumatları iki və yaxud daha çox müddət ərzində təqdim edir və təhlilin rahatlığı üçün bir sıra təqdim olunur.[4]
Maliyyə əmsalları bir neçə nəzəri problemlərlə üzləşir: