Maman (ing. Maman) — fransız-amerikalı heykəltaraş Luiza Burjua tərəfindən tuncdan, paslanmayan poladdan və mərmərdən hazırlanmış heykəl. Bu heykəl dünyada ən böyük hörümçək heykəlidir. Hündürlüyü 9 metr, genişliyi 10 metrdir (daha dəqiq ölçüləri: 9271 x 8915 x 10236 mm).[3] Heykəlin düz ortasında, hörümçəyin qarın boşluğu və köks hissəsində çuval və bu çuvalın içində 26 ədəd mərmər yumurta var. Heykəl adını fransız dilindəki "ana" sözündən almışdır. Luiza Burjua bu əsəri 2000-ci ildəki "The Unilever Series" layihəsi çərçivəsində Londondakı Teyt Modern muzeyinin Turbin zalında sərgilənməsi üçün yaratmışdır.[3] Heykəlin orijinalı poladdan hazırlanmışdır, daha sonra tuncdan 6 versiyası düzəldilmişdir.[4]
Maman | |
---|---|
Maman | |
![]() Kanada Milli Qalereyası, Ottava | |
![]() | |
Ölkə | |
Heykəltaraş | Luiza Burjua |
Tikilib | 1999[1] |
Hündürlüyü | 10.236 mm[2] |
Material | paslanmayan polad, tunc, mərmər |
Saxlanıldığı yer | |
![]() |
Luiza Burjua hörümçəklər mövzsununda heykəl yaratmağı 1947-ci ildə fikirləşmiş, hətta bu haqda qara qələmlə rəsm çəkmişdir. 1996-cı ildə hörümçəklər mövzusunda "Hörümçək" adlı başqa bir heykəl hazırlamışdır.[5] Burjua bu heykəllə anasının gücünə, verdiyi tərbiyəyə, toxuculuğuna, ipəyirmə sənətinə istinad etmişdir.[6] Luizanın anası Cozefina atasının Parisdə yerləşən xalça bərpaçılıq emalatxanasında divar xalçaları bərpa edən qadın idi.[5] Burjua 21 yaşında ikən anası naməlum xəstəlikdən vəfat etmişdir. Anasının ölümündən bir neçə gün sonra Luiza düz atasının qarşısında özünü Bevr çayına atmışdır, lakin atası üzərək onu xilas etmişdir.[7]
Hörümçək mənim anam üçün odadır. O, mənim ən yaxşı dostum idi. Anam hörümçək kimi toxuyurdu. Mənim ailəm xalça bərpaçılığı biznesi ilə məşğul olurdu və mənim anam emalatxananın məsuliyyətini daşıyırdı. Anam hörümçəklər kimi ağıllı idi. Hörümçəklər ağcaqanadların məhv edilməsinə yaxından iştirak edirlər. Biz bilirik ki, ağcaqanadlar xəstəlik daşıyıcısıdırlar və buna görə də arzu edilməyən canlılardır. Buna görə də hörümçəklər mənim anam kimi əhəmiyyətlidirlər. Luiza Burjua[6]
|
Heykəlin bəzi versiyaları bəzi yerlərdə daimi sərgilənir.
Vikianbarda Maman ilə əlaqəli mediafayllar var. |