. Love.az

Manvel Yegiazaryan - Wikipedia - Love.az

Ana Səhifə - Manvel Yegiazaryan

Manvel Vasili Yeqiazaryan (9 aprel 1960[1], Nemətabad, Yevlax rayonu) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri.

Manvel Yeğiazaryan
Şəxsi məlumatlar
Doğum tarixi 9 aprel 1960(1960-04-09)[1] (65 yaş)
Doğum yeri
  • Nemətabad, Yevlax rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
  •  Ermənistan
Hərbi fəaliyyəti
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri 2-ci dərəcəli "Hərb xaçı" ordeni (Ermənistan)
2-ci dərəcəli "Hərb xaçı" ordeni (Qarabağ)

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltifləri
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

9 aprel 1960-cı ildə Nemətabad kəndində anadan olub.

1989-cu ildə "Arabo" könüllülər dəstəsini yaradıb. 1989–1994-cü illərdə Yeğeqnadzor, Qafan, Basarkeçər və Azərbaycanda Şaumyankənd, Buzluq, Erkəc, Manaşid, Çaykənd, Xocalı, Malıbəyli, Ağdərə, Karmiravan, Marağa, Mağavuz, Talış, Laçın dəhlizi, Şuşa, Kəlbəcər (Ömər aşırımı) döyüşlərində iştirak etmişdir[2].

Ermənistan Ali Sovetinin deputatı idi.

Təltifləri

redaktə

Ermənistan Respublikasının 2-ci dərəcəli "Döyüş xaçı" ordeni, Qondarma Dağlıq Qarabağ Respublikasının 2-ci dərəcəli "Döyüş xaçı" ordeni və "Artsax igidlərinə analıq təşəkkürü" xatirə medalı ilə təltif edilmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Եղիազարյան Մանվել Վասիլի // http://am.hayazg.info/index.php?curid=15930.
  2. ↑ "Մանվել Եղիազարյան". Yerkrapah (ingilis). 2019-09-14. 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Manvel_Yeğiazaryan&oldid=8121189"
LOVE.AZ