Maralzəmi və ya Txkut (erm. Թխկուտ) — Zəngəzur mahalının Meğri rayonunda kənd[2]
Maralzəmi | |
---|---|
38°59′01″ şm. e. 46°14′00″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | Meğri rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
|
Maralzəmi Rayon mərkəzindən 12 km şimal-qərbdə, Meğri çayının sol sahilində yerləşir.
Toponim maral heyvan adı ilə fars dilində «əkin yeri, tarla» mənasında işlənən zəmi sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 123 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 193 nəfər, 1904-cü ildə 951 nəfər yalnız azərbaycanlı yaşamışdı[3].
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuşdur və kəndə ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənddən qovulmuş azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdir.
Onlar kəndə döndükdən sonra ermənilər azərbaycanlılarn tarixi torpaqlarından çıxmışdır. Burada 1922-ci ildə 28 nəfər, 1926-cı ildə 72 nəfər, 1931-ci ildə 98 nəfər[3], 1987-ci ildə 800 nəfər[4] yalnız azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabr ayında kənd sakinləri - azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.