. Love.az

Mario Fransiza - Wikipedia - Love.az

Ana Səhifə - Mario Fransiza

Mario (yaponca: マリオ, Hepbörn: Mario?) — diqqət mərkəzində italyan Mario personajının olduğu, videooyunlar üzrə ixtisaslaşmış "Nintendo" şirkəti tərəfindən nəşr edilən və istehsal olunan mediafranşiza. Bu, əsasən bir videooyun franşizasıdır, ancaq franşizanın digər formalarına bir neçə teleserial və bir bədii film daxildir. Franşiza ilkin olaraq geymdizayner Şiqeru Miyamoto tərəfindən 9 iyul 1981-ci il tarixində buraxılmış "Donkey Kong" adlı arkada oyunu ilə yaradılmışdır. Franşizaya daxil olan oyunlar "Nintendo", "Hudson Soft" və "AlphaDream" kimi müxtəlif istehsalçılar tərəfindən istehsal olunmuşdur. "Mario" oyunlarının əksəriyyəti üçüncü nəsildən bəri "Nintendo" şirkətinin müxtəlif videooyun konsolları üçün satışa çıxarılmışdır.

Mario
Marionun papağındakı emblem "Mario" franşizası üçün ikonikdir.
Janrlar
Siyahı
List
    • Döyüş
    • Döyüş-macəra
    • Maarifləndirici
    • Faytinq
    • Qonaqlıq
    • Platforma (əsas)
    • Pazl
    • Yarış
    • Rol
    • İdman
YaradıcılarNintendo
NəşrçilərNintendo
MüəlliflərŞiqeru Miyamoto
Platformalar
Siyahı
List
    • Amstrad CPC
    • Android
    • Apple II
    • Arcade
    • Atari 2600
    • Atari 5200
    • Atari 7800
    • Atari 8-bit
    • ColecoVision
    • Commodore 64
    • Game & Watch
    • Game Boy
    • Game Boy Advance
    • Game Boy Color
    • GameCube
    • Intellivision
    • iOS
    • iQue Player
    • MSX
    • MS-DOS
    • NEC PC-8801
    • Nelsonic Game Watch
    • Nintendo 3DS
    • Nintendo 64
    • Nintendo DS
    • Nintendo DSi
    • Nintendo Entertainment System
    • Nintendo Switch
    • PC
    • Philips CD-i
    • PlayChoice-10
    • Satellaview
    • Sharp X1
    • Super Nintendo Entertainment System
    • Shield Android TV
    • Shield Portable
    • Shield Tablet
    • Virtual Boy
    • Virtual Console
    • Wii
    • Wii U
    • ZX Spectrum
Orijinal platformaArkada
Başlanğıc ili1981
İlk buraxılışDonkey Kong
9 iyul 1981
Son buraxılışMario Kart Tour
25 sentyabr 2019
Rəsmi vebsaytımario.nintendo.com

Franşizadakı əsas seriya "Super Mario" platforma seriyasıdır, hansı ki, Marionun uydurma dünya olan Göbələk krallığındakı macəralarından bəhs edir. Bu oyunlar tipik olaraq, Marionun səviyyələrdən irəliləməsi üçün onun tullanma bacarığına əsaslanır. Franşizanın adı altında, müxtəlif janr və seriyalarda 200-dən çox videooyun yaranmışdır.

"Mario" seriyası "Nintendo" şirkətinin ən tanınmış və müvəffəqiyyətli franşizalarından biridir. Seriyaya daxil olan videooyunların çoxu, xüsusilə də "Super Mario" videooyunları tarixin ən yaxşı videooyunlarından biri hesab edilir. 2011-ci ildə əldə edilmiş məlumatlara görə, əsas "Super Mario" videooyunları satışlarda 12.000.000.000 ABŞ dollarından çox gəlir əldə etmişdir.[1] Bu günə kimi "Mario" oyunlarının 500.000.000-dan çox nüsxəsi satılmışdır. Bu isə onu tarixin ən çox satan videooyun franşizasına çevirir. "Mario" həmçinin, tarixin ən çox gəlir qazanmış doqquzuncu mediafranşizasıdır. Təxmin edilir ki, mediafranşizasının ümumi gəliri 36.000.000.000 ABŞ dollarından çoxdur.

İstinadlar

redaktə
  1. ↑ Rayan, Ceff. Super Mario: How Nintendo Conquered America (ingilis). Penguin Books. 2011. səh. 8. ISBN 9781101517635. 2020-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-29.

Xarici keçidlər

redaktə
  • mario.nintendo.com — "Mario" franşizasının rəsmi saytı  (ing.)
  • Mario — azarkeş Vikiya saytında.  (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mario_(franşiza)&oldid=7051240"
LOVE.AZ