. Love.az

Marqarita Farneze Mantuya Sahzadesi - Wikipedia - Love.az

Ana Səhifə - Marqarita Farneze Mantuya Sahzadesi

Marqarita Farneze (it. Margherita Farnese; 7 noyabr 1567, Parma – 13 aprel 1643[1], Piaçensa) — Parma hersoqu Alessandro Farnezenin yeganə qızı, Mantuya şahzadəsi.

Marqarita Farneze
it. Margherita Farnese
Mantuya şahzadəsi
2 mart 1581 – 9 oktyabr 1583
Şəxsi məlumatlar
Doğum tarixi 7 noyabr 1567
Doğum yeri
  • Parma, Parma hersoqluğu
Vəfat tarixi 13 aprel 1643(1643-04-13)[1] (75 yaşında)
Vəfat yeri
  • Piaçensa, Piaçensa əyaləti[d], Emiliya-Romanya
Fəaliyyəti rahibə[d]
Atası Alessandro Farneze (Parma hersoqu)
Anası Portuqaliyalı Mariya (Parma şahzadəsi)
Həyat yoldaşı
  • I Vinçenzo Qonzaqa (Mantuya hersoqu) (1581–1583)
Ailəsi Farneze ailəsi
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

7 noyabr 1567-ci ildə Parmada dünyaya gəldi. Atası Parma hersoqu Alessandro Farneze, anası isə Portuqaliya kralı I Manuilin nəvəsi Mariyadır. 11 yanvar 1568-ci ildə vəftiz edildi. 10 yaşında ikən anası vəfat etdi və vəsiyyətinə əsasən, övladları qaynanası Avstriyalı Marqaritanın himayəsinə verildi. Uşaqlıq illəri boyunca nənəsiylə birlikdə İtaliyanın fərqli şəhərlərinə, eləcə də Habsburq Niderlandiyasına tez-tez səyahət etdi. Bu səbəblə, yaxşı təhsil ala bilmədi.

Uzun illərdir Qonzaqa ailəsiylə davam edən düşmənçiliyi sona çatdırmaq üçün atasının əmisi kardinal Alessandro Farnesinin tövsiyəsilə, Mantuya hersoqunun yeganə oğlu və varisi Vinçenzo Qonzaqa ilə evlənməsinə qərar verildi. 17 fevral 1581-ci ildə Piaçensaya gətirildi və cütlüyün toy mərasimi 2 mart 1581-ci ildə Parmada baş tutdu. Ancaq bəy namizədinin cinsi zəifliyi səbəbilə cütlüyün nigahı tamamlanmamışdı. Qaynatası Quqlielmo Qonzaqanın təkidiylə, cərrahiyyə əməliyyatı olması müzakirə edilsə də, babası Ottavio Farneze buna qarşı çıxdı və 1582-ci ilin iyununda Mantuyadan Parmaya geri gətirildi. Beləcə, Qonzaqa və Farneze ailələri arasındakı münasibət yenidən pisləşdi. Dövrün Roma papası XIII Qriqoriyə müraciət edildi və verilən qərara əsasən, Marqarita Farneze 26 may 1583-cü ildə Milandakı Benediktin kilsələrindən birinə rahibə olaraq alındı və bütün dünyəvi zövqlərdən özünü məhrum edərək rahibə Maura Luseniya adını aldı. Bununla da, Roma papasının qərarıyla, cütlük 9 oktyabr 1583-cü ildə rəsmi olaraq boşandı.

13 aprel 1643-cü ildə 75 yaşında vəfat etdi.

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Chiusole, Antonio. "La genealogia delle case più illustri di tutto il mondo" (italyan). Venezia: Appresso Giambattista Recurti. 1743. 665.
  • Giurleo, Francesca. La famiglia Farnese (italyan). Viterbo: Archeoares. 2014. 253. ISBN 9788896889473. ISBN 889-688-947-2 ISBN 978-8-89-688947-3
  • Moscatelli, Giuseppe. "Margherita Farnese, la sposa inviolata". giornale (italyan). La Loggetta. 2015. 104.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Pas L. v. Margarita Farnese // Genealogics (ing.). 2003.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Marqarita_Farneze_(Mantuya_şahzadəsi)&oldid=8127590"
LOVE.AZ