Marusankakuşikaku (yaponca: まるさんかくしかく / 円三角四角?), digər adları ilə ○△□ və ya Kainat – Yaponiya rahibi və rəssamı Senqay tərəfindən çəkilmiş zenqa. Əsərin 1819–1828-ci illər arasında hazırlandığı güman olunur. Əsər vaşi kağızının üzərisində çəkilmiş dairə, üçbucaq və kvadratdan ibarətdir. Sadəliyi və qeyri-müəyyənliyi səbəbilə Senqayın "ən sirli əsəri" hesab olunur.[1] Əsər Tokioda yerləşən İdemitsu İncəsənət Muzeyində sərgilənir.
Marusankakuşikaku | |
---|---|
(まるさんかくしかく?) | |
![]() | |
Rəssam | Senqay |
Tarixi | təq. 1819–1828 |
Texnikası | zenqa |
Ölçüləri | 28.4 × 48.1 |
Materialı | vaşi kağızı üzərisində mürəkkəb |
Saxlanıldığı yer | İdemitsu İncəsənət Muzeyi |
Saytı | idemitsu-museum.or.jp/co… |
"Marusankakuşikaku" üç sadə həndəsi fiqurun vaşi kağızı üzərisindəki təsvirindən ibarətdir: dairə (円, maru?), üçbucaq (三角, sankaku?) və kvadrat (四角, şikaku?). Dairə ən tünd mürəkkəblər, kvadrat isə ən açıq mürəkkəblə çəkilmişdir. Əsərin hündürlüyü 28,4 santimetr, eni isə 48,1 santimetrdir.[2][3][4]
Əsərin sol aşağı küncündə Senqayın rekkanı (imza və möhürü) yer alıb və Senqayın baş rahiblik etdiyi Şofuku məbədini bildirən "Fuso sayşo zenkutsu" (扶桑最初禅窟?) ifadəsi yazılıb. Senqayın əsərlərinin çoxunda yer alan evlogiya həmin əsərin interpretasiyası üçün əhəmiyyətli rol oynasa da, bu əsərdə bu yoxdur.[5]
"Marusankakuşikaku" əsərində Senqayın 70 yaşlarında olarkən istifadə etdiyi möhür yer alır və möhürün 1819–1828-ci illər arasında hazırlandığı güman olunur. Əsər hazırda Tokioda yerləşən İdemitsu İncəsənət Muzeyində sərgilənir.[2]
Əsərdəki fiqurların sağdan sola çəkildiyini və rakkanın sol tərəfdə yerləşdiyini nəzərə aldıqda əsər ○△□ adı ilə tanınır. Lakin mürəkkəbin tündlüyü səbəbilə fiqurların soldan sağa çəkildiyi fərz olunur. Bunu nəzərə aldıqda əsər üçün alternativ ad kimi □△○ təklif olunmuşdur.[6]
Əsərin analizi zamanı Daysetsu Teytaro Suzuki əsərə "Kainat" adını vermişdir. O, əsəri Senqayın kainat və kosmosun bir interpretasiyası olduğunu düşünmüşdür.[7]
"Marusankakuşikaku" sadə həndəsi fiqurlardan ibarət olduğu üçün Senqayın unikal və təmsili xarakter daşıyan əsəri kimi qəbul olunur. Evlogiyası olmadığı üçün Senqayın ən çətin və sirli əsəri adlandırılmışdır.[6]
Suzuki əsərin kainatı təmsil etdiyini demişdir. Onun fikrincə dairə kainatın sonsuzluğunu, üçbucaq hər şeyin başlanğıcını təmsil edir. İki üçbucaqdan ibarət kvadrat isə prosesin sonsuza qədər davam etdiyini, sonsuz hadisələrin baş verdiyini bildirir.[7]