. Love.az

Masazir Golu - Wikipedia - Love.az

Ana Səhifə - Masazir Golu
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Masazır gölü — Bakıdan 21 km uzaqlıqda, Abşeron rayonunun Masazır qəsəbəsinin yaxınlığında yerləşən göl. Sahəsi — 10 km²-dir.

Masazır gölü
Ümumi məlumatlar
Eni 2.100 km
Uzunluğu 4.700 km
Su tutumu 10 km²
Dərin yeri 3 m
Orta dərinliyi 1.6 m
Minerallaşma tipi duzlu
Duzluluğu 330 ‰
Yerləşməsi
40°30′30″ şm. e. 49°46′15″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Abşeron
Masazır gölü xəritədə
Masazır gölü
Masazır gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Duzlu, xloridli və yüksək konsentrasiyalı sulfat suya qırmızı rəng verir. Duzluluğun yüksək səviyyəsi ilə əlaqədar, bitki və fauna aləmi praktik olaraq yoxdur.

Göldən 1813-cü ildən mütəmadi olaraq duz çıxarılır. Gölün qida duz ehtiyatları təxminən 1735 milyon ton təşkil edir. Gölün sahilində duz istehsal edən zavod yerləşir. Göldən duz, suyun səthində olan duz layı şəklində və suyun tərkibində olan məhlul şəklində çıxarılır.

Ətraf mühitin və göldə ekoloji durumun yaxşılaşdırılmasına xüsusi həssaslıqla yanaşan Azərbaycan Duz İstehsalat Birliyinin təşkilatçılığı ilə göldə ekoloji durumun yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə mütəmadi olaraq monitorinqlər aparılır, tullantıların təmizlənməsi üçün iməcilik təşkil olunur.

Masazır gölü

Xarici keçidlər

redaktə
  • Azərduz — Masazır gölü
  • [1]
  • [2]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Masazır_gölü&oldid=7691723"
LOVE.AZ