. Love.az

Materiya Fizika - Wikipedia - Love.az

Ana Səhifə - Materiya Fizika
Bu adın digər istifadə formaları üçün bax: Materiya (dəqiqləşdirmə).
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Mündəricat

  • 1 Materiyanın əsas növləri
  • 2 Cismin çəkisi
    • 2.1 Çəkisizlik
      • 2.1.1 Əvəzləyici qüvvə

Materiyanın əsas növləri

redaktə
  • Maddə
  • Antimaddə
  • Sahə

Cismin çəkisi

redaktə

Yerin cazibəsi nəticəsində cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsinə cismin çəkisi deyilir. P=1N və ya P=mg. Ağırlıq qüvvəsi — cismə tətbiq olunmuş Yerin cazibə qüvvəsidir. Cismin çəkisi-onun dayağa və ya asqıya göstərdiyi elastiklik qüvvəsidir.

Çəkisizlik

redaktə

Şaquli yuxarı yönəlmiş təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər böyükdür. P=m(g+a) təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsinə nisbətinə əlavə yükləmə deyilir, n=p/mg=1+a/g. şaquli yuxarı yönəlmiş a<g təcil ilə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər kiçikdir. P=m(g-a). Cisim dayağa heç bir təsir göstərməz P=m(g-g)=0. Cismin çəkisinin sıfıra bərabər olduğu hala çəkisizlik halı deyilir. Yalnız Yerin cazibə qüvvəsinin təsiri altında hərəkət edən istənilən cisim çəkisizlik halındadır.

Əvəzləyici qüvvə

redaktə

Qüvvə vektorial kəmiyyət olub, üc əlaməti ilə təyin olunur:

  • istiqaməti
  • tətbiq nöqtəsi
  • ədədi qiyməti Cismə eyni zamanda bir neçə qüvvənin birlikdə göstərdiyi qədər təsir göstərən qüvvəyə əvəzləyici qüvvə deyilir. Bir düz xətt üzrə eyni istiqamətdə yönəlmiş qüvvələrin əvəzləyicisi həmin qüvvələr istiqamətində yönəlir, onun modulu isə toplanan qüvvələrin modulları cəminə bərabərdir R=F1+F2. F1 və F2-toplanan qüvvələr, R-əvəzləyici qüvvədir. Bir düz xətt üzrə əks istiqamətdə yönəlmiş qüvvələrin əvəzləyicisi, modulu böyük olan qüvvə istiqamətində yönəlir, onun modulu isə toplanan qüvvələrin modulları fərqinə bərabərdir: R=F1-F2.
Fizika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Materiya_(fizika)&oldid=8054224"
LOVE.AZ