. Love.az

Matsumae Qesri - Wikipedia - Love.az

Ana Səhifə - Matsumae Qesri

Matsumae qəsri (松前城, Matsumae-jō?) – Yaponiyanın Hokkaydo prefekturasının Matsumae şəhərində yerləşən qəsr. Yaponiyanın ən şimalda yerləşən qəsridir.[1] Hokkaydoda yerləşən yeganə ənənəvi Edo üslubunda tikilmiş qəsr olan Matsumae qəsri eyniadlı klana məxsus olmuşdur.

Matsumae qəsri
yap. 松前城
Xəritə
41°25′47″ şm. e. 140°06′30″ ş. u.HGYO
Ölkə  Yaponiya
Şəhər Matsumae, Hokkaydo prefekturası
Layihə müəllifi Matsumae klanı
Tikilmə tarixi İnşası: 1606
Məhv olub: 1949
Üslubu hiraciro
Material daş və taxta
Vəziyyəti ictimai park
Rəsmi sayt town.matsumae.hokkaido.jp/…
Matsumae qəsri (Yaponiya)
Nöqtə
Matsumae qəsri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarix
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Tarix

redaktə

Qəsr ilk öncə 1606-cı ildə Matsumae Yoşihiro tərəfindən Tokuqava şoqunatının klanından bölgəni qorumaq (xüsusilə şimaldan Aynu barbarlarından) tələbindən sonra tikdirmişdir. 1637-ci ildə yanğına məruz qalıb, 1639-cu ildə yenidən tikilib. Bir zamanlar Hokkaydodan bütün Yaponiyaya keçid bu qəsrdən nəzarət edilirdi.

1854-cü ilə aid edilən hazırkı qəsr kompleksi xarici dəniz təhlükələrinin qarşısını almaq məqsədilə tikilmişdir. 1868-ci ildə Meyci islahatından sonra qəsrin ancaq 30 metr hündürlüyündəki tenşusu (əsas qüllə) və gözətçi butkası salamat qalıb. Lakin tenşu da 1949-cu ildə yanğına məruz qalıb və 1960-cı ildə qəsrin təqlidi tikilib.[2]

Hazırda bütün qəsr ərazisi ictimai park kimi istifadə olunur.

Həmçinin bax

redaktə
  • Qoryokaku

İstinadlar

redaktə
  1. ↑ 松前城 [Matsumae Castle] // Dijitaru Daijisen (Japanese). Tokyo: Shogakukan. 2013. OCLC 56431036. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2018.
  2. ↑ Hinago, Motoo. Japanese Castles. Kodansha International Ltd. and Shibundo. 1986. 130–131. ISBN 0870117661.

Ədəbiyyat

redaktə
  • Schmorleitz, Morton S. Castles in Japan. Tokyo: Charles E. Tuttle Co. 1974. ISBN 0-8048-1102-4.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Matsumae_qəsri&oldid=7327752"
LOVE.AZ