. Love.az

Mavr Bagacigi - Wikipedia - Love.az

Ana Səhifə - Mavr Bagacigi

Mavr bağacığı (lat. Eurygaster maura L.) — Həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinə aid olan növ.

Mavr bağacığı
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Pancrustacea
Yarımtip:
Altıayaqlılar
Sinif:
Həşəratlar
Ranqsız:
Dicondylia
Yarımsinif:
Qanadlılar
Budaq:
Metapterygota
İnfrasinif:
Yeniqanadlılar
Ranqsız:
Eumetabola
Ranqsız:
Paraneopteralar
Dəstəüstü:
Condylognatha
Dəstə:
Yarımsərtqanadlılar
???:
Mavr bağacığı
Beynəlxalq elmi adı
  • Eurygaster maura L., 1758
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  1191085
EOL  3663215

Mündəricat

  • 1 Xarici quruluşu
  • 2 Yayılması
  • 3 Həyat tərzi
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Xarici quruluşu

redaktə

Mavr bağacığının rəngi dəyişkən olur. O, Ziyankar bağacıqdan ön döşün kənarlarının düz olması ilə fərqlənir. Mavr bağacığının başı ön tərəfdən kütdür. Dilçək skul lövhələri ilə bitişik olmayıb, başın sonuna qədər uzanır. Bədəninin uzunluğu 8–11 mm.-dir.[1]

Yayılması

redaktə

Mavr bağacığı Azərbaycanın Lənkəran-Astara zonasında, Böyük Qafqazın cənub yamaclarında, Şirvan, Mil və Muğan düzündə yayılmışdır. Bu bağacığa ziyankar bağacıqlara nisbətən az təsadüf olunur.[2]

Həyat tərzi

redaktə

Aprelin birinci və ikinci ongünlüyündə bağacıqlar kütləvi surətdə mayalanma və yumurtaqoyma prosesinə başlayır. Yumurtaqoyma prosesi aran və dağətəyi rayonlarda may ayının axırına qədər davam edir. Bağacıqlar hər dəfədə 14 yumurta qoyur. Orta hesabla 1 dişi fərd öz inkişafı dövründə 70-80 ədəd yumurta qoyur. Bağacıq yumurtaları şarşəkilli olub, yaşıl rəngdədir. Havanın temperaturundan asılı olaraq, bağacıq yumurtalarının inkişafı 8-14 gün davam edir. Yumurtadan çıxan sürfələr xarici quruluşuna görə yetkin fərdlərə oxşayır. Yumurtadan çıxan I yaş sürfələr əvvəllər hərəkətsiz olub, çıxdığı yumurtanın qabığı ətrafında toplaşırlar. Bu sürfələr 1 yaşının axırına qədər bədənlərində olan ehtiyat qida hesabına yaşayır. Birinci qabıq dəyişmədən sonra sürfələr fəallaşır və dənli bitkilərin üzərinə yayılaraq qidalanmağa başlayır.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 C.A.Hidayətov. Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər), 42 səh.
  2. ↑ C.A.Hidayətov. Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər), -42 səh.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mavr_bağacığı&oldid=6969660"
LOVE.AZ