Mayıl Əhmədov (tam adı: Mayıl Hilal oğlu Əhmədov; 17 oktyabr 1959, Xan Qərvənd, Goranboy rayonu) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2011)[1], III dərəcəli "Əmək" ordeni laureatı (2019)[2], II dərəcəli "Əmək" ordeni laureatı (2024)[3], 2003-2024-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, Dövlət qulluğunun baş müşaviri.
Mayıl Əhmədov | |
---|---|
Mayıl Hilal oğlu Əhmədov | |
Doğum tarixi | (65 yaş) |
Doğum yeri | Xan Qərvənd, Goranboy rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Uşağı | 2 |
Elm sahələri |
kitabxanaşünaslıq kitabşünaslıq |
Alma-mater | Azərbaycan Dövlət Universiteti |
Təhsili | Bakı Dövlət Universiteti |
Tanınır | Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi |
Mükafatları |
![]() ![]() ![]() |
Mayıl Əhmədov 1959-cu ilin oktyabrın 17-də Goranboy rayonunun Xan Qərvənd kəndində anadan olmuşdur. 1967-1977-ci illərdə Goranboy rayonu, Mirzə Məmmədov adına kənd orta məktəbində orta təhsil almışdır. O, 1983-cü ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
O, 1983-1989-cu illərdə Toxuculuq və Yüngül Sənaye işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi kitabxanasının müdiri, 1989-1991-ci illərdə isə Azərbaycan KP MK Siyasi Maarif Evi Kitabxanasının müdiri vəzifələrində çalışmışdır.
1991-2001-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Təsərrüfat şöbəsi nəzdində Kitabxana (Prezident Aparatı Kitabxanası) müdiri olmuş Mayıl Əhmədov, 2001-2003-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin böyük məsləhətçisi, 2003-cü ildə yarandığı gündən 29 noyabr 2024-cü ilədək Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin şöbə müdiri - Prezident Kitabxanasının direktoru vəzifələrində çalışmışdır.[4]
Mayıl Əhmədov 2008-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Ekspert Komissiyasının üzvü, 2023-2024 cü illərdə isə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq- informasiya fakiltəsində magistratura üzrə Dövlət İmtahan Komissiyasının sədri olmuşdur.
Mayıl Əhmədov ailəlidir. İki övladı, bir nəvəsi var.
Mayıl Əhmədov dövlət və ictimai xadimlərin fəaliyyətinə dair kitabların həmtərtibcisi və məsul redaktoru, kitabxana fəaliyyətinə dair bir sıra metodiki və soraq nəşrlərinin məsləhətçisi, redaktoru və rəyçisi, Prezident Kitabxanasında yaradılmış müxtəlif ictimai-siyasi və tarixi mövzularda 40-dan çox elektron layihənin buraxılışına məsul və ya rəhbəridir.
Onun rəhbərliyi dövründə Prezident Kitabxanası Azərbaycanın aparıcı kitabxanalarından birinə çevrilmiş, burada ilk dəfə olaraq kitab fondu Elektron Kataloqda tam əks etdirilmiş, məqalələrin Elektron kartotekası, Elektron kitabxana, prioritet mövzular üzrə çoxsaylı tammətnli informasiya resursları (portal və layihələr) yaradılmış, informasiya və biblioqrafiya xidmətinə dair dünyada mövcud olan yeni, səmərəli metod və texnologiyaların tətbiqi və öyrənilməsin və istifadəsinə xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə o, MDB və uzaq xarici ölkələrdəki aparıcı kitabxanalarla, bu sahədə tanınmış beynəlxalq təşkilatlarla işgüzar əlaqələrin qurulmasına çalışmış, Böyük Britaniya, İtaliya, İsveç, Finlandiya, İsveçrə, Polşa, Türkiyə, Yunanıstan, Belarus, Rusiya və Niderlandda keçirilən kitabxana işi sahəsində beynəlxalq tədbirlərdə iştirak etmişdir.