. Love.az

Maya Neuensvander - Wikipedia - Love.az

Ana Səhifə - Maya Neuensvander

Maya Neuenşvander (13 fevral 1989, Bern, İsveçrə) — İsveçrəni təmsil edən marafonçu. Maya Neuenşvander İsveçrəni 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi.

Maya Neuenşvander
Şəxsi məlumatlar
Tam adı Maya Neuenşvander
Vətəndaşlığı İsveçrə İsveçrə
Doğum tarixi 13 fevral 1980 (45 yaş)
Boyu 168 sm[1]
Çəkisi 53 kq[1]
İdman növü Yüngül atletika
12 sentyabr 2016 tarixində yenilənib.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

redaktə

Maya Neuenşvander birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında yarışdı və məsafəni 2 saat 34 dəqiqə 50 saniyəyə qət edərək 118 marafonçu arasında 50-ci yeri tutdu.

Maya Neuenşvander növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 34 dəqiqə 27 saniyəyə qət edərək 157 marafonçu sırasında 29-cu yeri tutdu.

Mənbələr

redaktə

İstinadlar

redaktə
  1. ↑ 1 2 Olympedia (ing.). 2006.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Maya_Neuenşvander&oldid=7427542"
LOVE.AZ