![]() |
Bu məqalə kürfürstlük haqqındadır. Arxiyepiskopluq üçün Mayns yeparxiyası səhifəsinə baxın. |
Mayns kürfürstlüyü (alm. Kurfürstentum Mainz) və ya Mayns Elektoratı (lat. Electoratus Moguntinus) — Müqəddəs Roma İmperiyasının ən prestijli və nüfuzlu dövlətlərindən biri idi. Roma Katolik kilsəsi iyerarxiyasında Mayns arxiyepiskopu həm kürfürst, həm də Almaniyanın ən əsas dini rəhbəri idi. İmperiyada Mayns kürfürstündən başqa iki ruhani kürfürst də var idi: Köln kürfürstlüyü və Trir kürfürstlüyü
Kürfürstlük | |||||
Mayns kürfürstlüyü | |||||
---|---|---|---|---|---|
alm. Kurfürstentum Mainz lat. Electoratus Moguntinus | |||||
|
|||||
![]() |
|||||
|
|||||
Paytaxt | Mayns | ||||
Din | katolisizm | ||||
İdarəetmə forması | Knyaz-arxiyepiskopluq | ||||
![]() |
Mayns kürfürstü eyni zamanda Almaniyanın arxkansleri idi (Müqəddəs Roma İmperiyasının üç komponent titul krallığından biri, digər ikisi İtaliya və Burqundiyadır) və beləliklə, İmperiyanın bütün ruhani və dünyəvi knyazlarş arasında birinci yeri tuturdu və imperatordan sonra ikinci idi. Onun siyasi rolu, xüsusən imperiya feodalları ilə İmperator arasında vasitəçilik rolu böyük idi.
Yepiskopluq mərkəzi qədim Roma dövründə Moquntiakum adlanan Mayns şəhərində yaradılmışdır. IV əsrdən əvvəl ilk yepiskopların çoxu əfsanəvidir. Maynsın tarixi olaraq ilk təsdiq edilə bilən yepiskopu 343-cü ildə yaşamış Martinus idi. Maynsın dini və dünyəvi əhəmiyyəti 747-ci ildə Müqəddəs Bonifatsi yepiskop olmasından başlayır. Onun varisi Lullus dövründə Mains 781-ci ildə arxiyeparxiya oldu.[1]
Kürfüsrtlüyün ərazisinə bitişik olmayan bir neçə ərazi toplusu daxil idi: Reynin həm sol, həm də sağ sahillərində Mayns yaxınlığındakı torpaqlar; Frankfurtdan yuxarı Mayn çayı boyunca ərazi (Aşaffenburq rayonu daxil olmaqla); Aşağı Saksoniya və Türingiyadakı Eyxsfeld rayonu; və Türingiyadakı Erfurt ətrafındakı ərazi.
Ümumiyyətlə, Müqəddəs Roma İmperiyasının digər yerlərində olduğu kimi, kürfürstlük və arxiyepiskopluğun ərazisi fərqlənirdi. Erkən müasir dövrdə Mayns arxiyepiskopluğu Mayns və onun 10 suffraqant yeparxiyasını əhatə edən Almaniyanın ən böyük yeparxiyası idi.[2]
1802-ci ildə Mayns arxiyepiskopik xarakterini itirdi. 1803-cü ildə Alman mediatizasiyası ilə müşayiət olunan dünyəviləşmələrdə kürfürst Karl Teodor fon Dalberqin iqamətgahı Regensburqa köçürüldü və kürfürstlüyün sol sahil əraziləri Fransaya, Frankfurtdan aşağıda Mayn boyunca sağ sahil əraziləri Hessen-Darmştadt və Nassau knyazlarına, Eyxsfeld və Erfurt isə Prussiya Krallığına keçdi. Dalberq Aşaffenburq ərazisi Aşaffenburq knyazlığı olaraq qoruyub saxladı. 1810-cu ildə Dalberq Aşaffenburq, Frankfurt, Vetzlar, Hanau və Fuldanı birləşdirərək 1810-cu ildə yeni Frankfurt Hersoqluğunu yaratdı. Dalberq 1813-cü ildə istefa verdi və 1815-ci ildə Vyana Konqresi onun ərazilərini Bavariya Krallığı, Hessen-Kassel kürfürstlüyü, Hessen Böyük Hersoqluğu və Frankfurt Azad Şəhəri arasında böldü.
Müasir Mains Roma Katolik Yeparxiyası 1802-ci ildə Mayns arxeparxiya statusunu itirdikdə və Reyn çayının qərbindəki ərazisi Fransa ərazisi daxilində kiçik yeparxiyaya çevrildikdə yaradılmışdır. 1814-cü ildə onun yurisdiksiyası Hessen-Darmştadt ərazisinə doğru genişləndirildi. O vaxtdan bəri onun iki kardinalı var və müxtəlif konkordatlar vasitəsilə yepiskopun varisini özü seçən kafedralın bu orta əsr ənənəsini saxlamağa icazə verildi.