. Love.az

Mazimcay Kilsesi - Wikipedia - Love.az

Ana Səhifə - Mazimcay Kilsesi

Mazımçay kilsəsi və ya Mazımgəray kilsəsi - Balakən rayonunun Mazımçay kəndi yaxınlığında yerləşən, zal-tağ formalı alban kilsəsidir.[1] 4.7x4.7 metr ölçüyə malik olan kilsə əhəngdaşından inşa edilmişdir. Kilsə şərq fasadından baxdıqda beşbucaqlı formaya, daxildən isə nalformalı apsidya malikdir. G. Məmmədova qeyd edir ki, “...kilsənin bu cür memarlıq həlli Kiş kilsəsinin planını xatırladır, yeganə fərq, Kiş kilsəsinin apsidasının yarımdairəvi formaya malik olmasıdır.”[2]

Mazımçay kilsəsi
Ölkə  Azərbaycan
Şəhər Balakən
Yerləşir Mazımçay
Aidiyyatı Alban Həvari Kilsəsi
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.4154
KateqoriyaMəbəd
ƏhəmiyyətiYeli əhəmiyyətli
Mazımçay kilsəsi (Azərbaycan)
Nöqtə
Mazımçay kilsəsi

Mazımgəray kilsəsini fərqləndirən əsas xüsusiyyət şərq divarı istisna olmaqla, hər divarında bir giriş qapısının (ümumilikdə üç qapı) yerləşməsidir. Planlaşdırma həlli, apsidanın nalformalı olması, inşaatda istifadə edilmiş yaxşı yonulmuş əhəng daşı tikilinin erkən orta əsrlərə aid olmasından xəbər verir.[2]

Gürcüstan tədqiqatçısı İ. Adamia “Sainqilo” adlı əsərində bu kilsə haqqında məlumat verərkən abidəni “Dzeli Çxoveli” adlandırır[3] ki, bu da gürcü dilindən hərfi tərcümədə “kilsə sütun”[2] anlamını ifadə edir.

İstinadlar

redaktə
  1. ↑ Карахмедова, А.А. Христианские памятники Кавказской Албании. Баку: Элм. 1985. səh. 26.
  2. ↑ 1 2 3 Мамедова, 2004. səh. 41
  3. ↑ Адамиа, И. Грузинское народное зодчество – Саингило. Тбилиси: Хеловнеба. 1979. səh. 176.

Ədəbiyyat

redaktə
  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985

Həmçinin bax

redaktə
  • Qafqaz Albaniyasının memarlığı
  • Alban Həvari Kilsəsi
  • Azərbaycan arxeologiyası
  • Azərbaycan memarlığı
Məbəd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mazımçay_kilsəsi&oldid=6927773"
LOVE.AZ