. Love.az

Mazix - Wikipedia - Love.az

Ana Səhifə - Mazix

Mazıx (2001-ci ilədək Matsex[1]) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.

Mazıx
41°39′19″ şm. e. 46°34′52″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zaqatala rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 376 (2005) nəfər
Xəritəni göstər/gizlə
Mazıx xəritədə
Mazıx
Mazıx

Mündəricat

  • 1 Mədəniyyəti
  • 2 Coğrafiyası və iqlimi
  • 3 Əhalisi
  • 4 İstinadlar

Mədəniyyəti

redaktə

Mazıx kəndində orta məktəb, həkim ambulatoriyası, klub, poçt, ATS, uşaq baxçası, baytarlıq dairəsi, asfalt zavodu, Beretbinə kəndində məscid, klub, kitabxana, feldşer-mama məntəqəsi, Qəbizdərə kəndində ibtidai məktəb, kitabxana, feldşer-mama məntəqəsi vardır.

Tarixi abidələr: Məscid, Qədim bürc, qəbristanlıq, Hücrə.

Coğrafiyası və iqlimi

redaktə

Mazıx kəndi, rayon mərkəzindən 5 km aralı, Zaqatala – Balakən şose yolunun yaxınlığında, Katex çayının sağ sahilində yerləşir. Qəbizdərə kəndi, Qazangül qəsəbəsi, Katex çayı ilə həmsərhəddir. Mazıx ərazi nümayəndəliyi 4 (Mazıx, Qəbizdərə, Beretbinə, Cicixana) kənddən ibarətdir.

Nümayəndəliyin ərazisi 1568 hektar.

Əhalisi

redaktə

Zaqatala şəhərindən 13 km uzaqlıqda yerləşən kənddə 376[2] evdə 1,500[2] nəfər əhali məskunlaşmışdır , onların 98%-ni avarlar təşkil edir .[2] Dini mənsubiyyəti müsəlman.

Nümayəndəlik RİHB-nın ərazi icra nümayəndəsi, Mazıx (Mazıx, Qəbizdərə və Cicixana kəndləri daxildir) və Beretbinə bələdiyyələri tərəfindən idarə olunur.

Əhalinin əsas məşğuliyyəti maldarlıq, meyvəçilik, əkinçilik, fındıqçılıqdır.

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikasının qanunu". 2014-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-21.
  2. ↑ 1 2 3 SİLESER (Summer Institute of Linguistics Electronic Survey Reports 2005) İnternational  :The Sociolinguistic Situation of the Avar in Azerbaijan Arxivləşdirilib 2012-01-06 at the Wayback Machine
Zaqatala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mazıx&oldid=6796193"
LOVE.AZ