MEDİASİYA ŞURASI — Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasındakı bütün mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur[4].
Mediasiya Şurası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | AZE |
Yaradılma tarixi | 12 fevral 2020 |
Rəhbərlik | |
Struktur[2] |
|
İdarə Heyətinin sədri [3] | Nadir Adilov |
|
|
Rəsmi saytı | mediasiya.gov.az |
Mediasiya Şurası Avropa İttifaqının dəstəyi ilə işçi qrupun fəaliyyəti nəticəsində 12 fevral 2020-ci ildə yaradılmışdır[5]. İşçi qrup bu məqsədlə Avropa İttifaqı tərəfindən cəlb edilmiş ekspert tərəfindən koordinasiya edilmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən təşkil olunmuşdu.
Mediasiya Şurası aşağıdakı funksiyaları həyata keçirir:
Mediasiya Şurasının fəaliyyəti "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara və Nizamnaməsinə əsasən həyata keçirilir.
Bütün mediatorlar, mediasiya təşkilatları və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Mediasiya Şurasının hazırda 1 mediasiya təlimi qurumu və 57 mediator olmaqla, 58 üzvü vardır[7] və 300 nəfərdən çox mediatorların ilkin hazırlığı üzrə təlimi başa vuran yeni namizədlərin və mediasiya təşkilatlarının qəbul olunması gözlənilir.
Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir[8]:
Aşağıdakı fiziki şəxslər mediator ola bilməzlər:
Mediasiya təşkilatı qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir[9]:
Mediasiya təlimi qurumu qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir[10]:
1. Aşağıdakı göstərilən şəxslər kateqoriyasından ən azı ikisi ilə əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqaviləsi olmalıdır:
2. İlkin hazırlıq və ixtisasartırma mediasiya dərsləri üzrə təfsilatlı proqrama malik olmalıdır.