. Love.az

Medni Adasi - Wikipedia - Love.az

Ana Səhifə - Medni Adasi

Мednı adası — Komandor adalarının tərkibinə daxil olan sahəsinə ikinci adadır. Berinq adası ilə Admiral Kuzneçov boğazı ilə ayrılır. Berinq dənizi ərazisində yerləşir. İnzibati cəhətdən Rusiyanın Kamçatka diyarı Aleut rayonu ərazisində yerləşir.

Mednı adası
rus. Остров Медный
Ümumi məlumatlar
Sahəsi 186 km²
Uzunluğu
  • 59 km
Eni 7 km
Hündür nöqtəsi 640 m
Əhalisi
  • 0 nəf.
Yerləşməsi
54°40′00″ şm. e. 167°50′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriya
  • Sakit okean
Mednı adası xəritədə
Mednı adası
Mednı adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Coğrafiya
  • 2 İqlimi
  • 3 İstinadlar
  • 4 Mənbə

Coğrafiya

redaktə

Adanın sahəsi 186 km², uzunluğu 56 km, eni 5–7 km təşkil edir. Ən hündür nöqtəsi 640 metrdir[1]. Sakit okean sahilləri az girintili-çıxıntılıdır. Berinq dənizi sahillərində isə isə çoxlu sayda buxta vardır. Buxtaları:Korabelnaya, Pesçaya və Jırovaya. Berinq dənizi istiqamətində Bıstraya (5 km) və Ozyornaya (6 km) çayları axır. Yayı mülayim və rütubətlidir. Orta illik temoeratur +2,8° S təmkil edir[2].

İqlimi

redaktə

Ada ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı kəşf edilir. Taçir Afanasi Baxov və Timofey Perevalov 1748—1749 illərdə Şimali Amerikaya yolu aşkarlamaq məqsədi ilı Mednı adasında qışlamışlar. XIX əsrdə ilk dəfə olaraq Aleut adalarının Attu adasından gələn Aleutlar burada Preobrajenskoe qəsəbəsini salırlar. 1970-ci ildə əhali Berinq adasına köçürülür. 2001-ci ilə qədə adada Rusiyanın «Preobrajenskoe» adlı sərhəd zastavası fəaliyyət göstərurdi. Hazırda isə adada yaşayış yoxdur. İlin müəyyən dövrü ərzində alimlər adanı elmi məqsədlər üçün ziyarət edirlər.

İstinadlar

redaktə
  1. ↑ "Mednı adası". 2007-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-01.
  2. ↑ "Komandor adalarının iqlimi". 2007-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-01.

Mənbə

redaktə
  • Komandor adaları (Aleut rayonu) Arxivləşdirilib 2011-02-09 at the Wayback Machine
  • Komandor adalarının şəkilləri Arxivləşdirilib 2009-06-19 at the Wayback Machine
  • Официальный сайт Администрации Алеутского муниципального района
  • Общественная газета Алеутского района "Алеутская звезда" Arxivləşdirilib 2011-05-24 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mednı_adası&oldid=6669031"
LOVE.AZ