Mefona (ing. Methone) — Saturnun çox kiçik peyklərindən biri. Orbiti Saturnun Mimas və Enkelad peyklərinin orbitləri arasında yerləşir.
Mefona | |
---|---|
![]() | |
Kəşfi | |
Kəşf edən | Kassini komandası |
Kəşf yeri | Kassini-Hüygens (kosmik gəmi) |
Kəşf tarixi | 1 iyun 2004 (21 il əvvəl) (2004-06-01) |
Alternativ adlar |
Saturn XXXII |
Böyük yarımoxu |
194 440±20 km |
Orbitinin ekssentrisiteti | 0.0001 |
Siderik fırlanma dövrü |
1.009573975[1] |
Əyilməsi | 0.007°±0.003° |
Nəyin peykidir | Saturn |
Özünə xas ekssentrisitet |
0,0001 |
Fiziki xarakteristikaları | |
Orta radiusu |
1,6±0.6 km |
Həcmi | 17 km³[2] |
Kütləsi | 9 petagram[3] |
Orta sıxlığı |
0,31 q/sm3 |
|
|
![]() |
Peyk ilk dəfə Kassini komandası tərəfindən müşahidə olunmuş və müvəqqəti olaraq S/2004 S 1 adı verilmişdir. Daha sonra peyk Saturn XXXII adlandırılmışdır. "Kassini" aparatı iki dəfə peykə yaxınlaşmışdır. 2012-ci ilin 20 mayında peykin 1.900 km yaxınlığına çataraq şəklini çəkmişdir.
Mefona adı 21 yanvar 2005-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tövsiyə olunmuş, 2006-cı ildə keçirilmiş iclasda təsdiq olunmuşdur. Yunan mifologiyasında Mefona yeddi alkioniddən biridir.
2012-ci ilin may ayında Saturnun orbitində fəaliyyət göstərən "Kassini" aparatı ilk olaraq Mefonaya yaxınlaşaraq onun şəkillərini çəkmişdir. Çəkilən şəkillərdə peykin səthinin detalları yaxşı ayırd edilə bilinməmişdir. Aparatın köməyi ilə peykin yumurtaşəkilli olduğu, çox hamar və kratersiz səthə malik olduğu məlum olmuşdur. Saturnun digər peykləri olan Pallena və Eqeon peyklərinin də belə hamar səthə malik olduğu ehtimal edilir. Mefonaya ən yaxın peyk Mimasdır. Digər kiçik peyklərin çoxunda olduğu kimi Mefona da kürə formasında deyil.[4]
Mefonanın radiusu 1,6 km, çəkisi təxminən 9×1012 kq-dır.[5]
Vikianbarda Mefona ilə əlaqəli mediafayllar var. |