. Love.az

Mehdi Bagirov Hekim Cerrah - Wikipedia - Love.az

Ana Səhifə - Mehdi Bagirov Hekim Cerrah

Mehdi Bağırov Abbas oğlu (20 dekabr 1915, Naxçıvan – 27 mart 2004, Naxçıvan) — həkim-cərrah. Səhiyyə əlaçısı, SSRİ xalq həkimi və Azərbaycan SSRİ əməkdar həkimi olmuşdur.

Mehdi Bağırov
Mehdi Bağırov Abbas oğlu
Doğum tarixi 20 dekabr 1915
Doğum yeri Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 27 mart 2004 (88 yaşında)
Vəfat yeri
  • Naxçıvan, Naxçıvan Muxtar Respublikası, Azərbaycan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan AXC→
SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
İş yeri
  • Naxçıvan Tibb Kolleci
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı
"Xalqlar dostluğu" ordeni"Lenin" ordeni"Qırmızı ulduz" ordeni

Mündəricat

  • 1 Tibbi fəaliyyəti
  • 2 Mükafatları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər
  • 5 Haqqında Kitablar

Tibbi fəaliyyəti

redaktə
  • 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə profilaktika fakültəsini bitirmiş;
  • 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Kiyev hərbi dairəsində xidmət etmiş, Berlinədək döyüş yolu keçmiş, minlərlə döyüşçünü həyata və cəbhəyə qaytarmış;
  • 1946-cı ildə ordudan tərxis olunduqdan sonra Naxçıvanda cərrah işləmiş, muxtar respublikada cərrahiyyənin bünövrəsini qoymuşdur. Moskvada həkimləri Təkmilləşdirmə İnstitunun urologiya kafedrasında elmi axtarışlar apararaq, Naxçıvan MSSR-də böyrək daşı xəstəlikləri və onların müalicəsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş;
  • 1946–1966-cı illərdə, eyni zamanda, Naxçıvan Tibb Məktəbində cərrahiyyədən dərs demiş;
  • 1959-cu ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsində işləmiş;
  • 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[1]

Mükafatları

redaktə

Xalq arasında böyük nüfuzu olan Mehdi Bağırov hələ 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilərək, müxtəlif orden və medallarla təltif edilmişdir. Lenin ordeni, Qırmızı ulduz, Xalqlar dostluğu və s. ordenlərlə təltif edilmişdir.[2]

İstinadlar

redaktə
  1. ↑ NE, I cild,, 2005. səh. 75-76
  2. ↑ "Nehrəm kəndi". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-05.

Xarici keçidlər

redaktə
  • Tanınmış cərrah Mehdi Bağırovun 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans Arxivləşdirilib 2015-11-18 at the Wayback Machine
  • Bir kəndin məşhurları

Haqqında Kitablar

redaktə
  • "Görkəmli cərrah, sadə insan", Həsən Hüseynov
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mehdi_Bağırov_(həkim-cərrah)&oldid=8012492"
LOVE.AZ