. Love.az

Mehdi Bey Kebirlinski - Wikipedia - Love.az

Ana Səhifə - Mehdi Bey Kebirlinski


Mehdi bəy Ağakişi bəy oğlu Kəbirlinski-(1812-), Qarabağ atlı alayının zabiti, mülkədar

Mehdi bəy Kəbirlinski
Doğum tarixi 1812
Doğum yeri Qərvənd, Kəbirli mahalı

Həyatı

redaktə

Mehdi bəy Ağakişi bəy oğlu 1812-ci ildə Kəbirli mahalının Qərvənd obasında doğulmuşdu. Mədrəsə təhsili almışdı. Qarabağ atlı alayında xidmət etmişdi. Sonra Şuşa şəhər qəza idarəsində yasavulbaşı işləmişdi. Praporşik rütbəsi vardı.

"Qarğı bizdə bitər, sümsünü Kəngərli çalar" ifadəsi Mehdi bəyindir.

Mehdi bəy mülkədar idi. Doğma obalarında, Taynaq kəndində xeyli torpaqları vardı.


Ailəsi

redaktə

Mehdi bəyin törəmələri Kəbirlinski soyadını daşıyırlar.

Mehdi bəyin Ağakişi bəy, Əbülhəsən bəy, Əbülhüseyn bəy, Balakişi bəy, Həmid bəy adlı oğulları vardı.

Həmçinin bax

redaktə
  • Qarabağ atlı alayı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mehdi_bəy_Kəbirlinski&oldid=5523147"
LOVE.AZ