Mehdili — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Mehdili kənd inzibati ərazi dairəsində kənd.[1] 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Kürdəmir rayonunun Mehdili kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Mehdili | |
---|---|
40°02′35″ şm. e. 48°17′31″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Yaşayış məntəqəsinin əsasını mehdili nəsli qoyduğu üçün belə adlanmışdır.[3]
Kənd Kür çayının sahilində, Şirvan düzündə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kürdəmir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |