. Love.az

Mehdiqulu Xan Tacbexs - Wikipedia - Love.az

Ana Səhifə - Mehdiqulu Xan Tacbexs
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Mehdiqulu xan.

Mehdiqulu xan Hacı Əliqulu xan oğlu Tacbəxş (1886–1951)—İran jandarmasının komandanı, general-mayor.

Mehdiqulu xan Tacbəxş
Mehdiqulu xan Hacı Əliqulu xan oğlu Dəvəli-Qacar
Doğum tarixi 1886
Doğum yeri Tehran, İran
Vəfat tarixi 1951
Vəfat yeri Tehran, İran
Dəfn yeri Qum, İran
Fəaliyyəti hərbi lider[d]

Mündəricat

  • 1 Həyatı
  • 2 Mənbə
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Hacı Əliqulu xanın ikinci oğlu Mehdiqulu xan 1886-cı ildə Tehran şəhərində anadan olmuşdu. Jandarm məktəbini bitirmişdi. Bir müddət İsfahanda xidmət etmişdi. Birinci Dünya müharibəsi dönəmində Kirmanşahda Nizaməssəltənin hökumətində iştirak etmişdi. Müharibə bitəndən sonra yenidən jandarm qüvvələrinə dönmüşdü. 1920-ci ildə mayor rütbəsi ilə Ərak və Məlayir jandarm dəstəsinə başçılıq etmişdi. 1924-cü ildə polkovnik rütbəsinə yüksəlmişdi.

Mehdiqulu xan Tacbəxş 1930-cu illərdə general-mayor rütbəsinə layiq görülmüşdü. O, Loristan, Kirmanşah döyüşlərində iştirak etmişdi. Fars əyalətində Qaşqay və digər ellərin çıxışını yatırmışdı. Loristan, Mükran və Kirman ordularına başçılıq etmişdi.

Mehdiqulu xan Tacbəxş 1939-cu ildə Əhməd Mətin-Dəftərinin kabinəsində İranın Əkinçilik idarəsinin rəisi olmuşdu. 1942-ci ildə yenidən Loristan əyaləti hərbi hissələrinin komandanı olmuşdu.

Mehdiqulu xan Tacbəxş 1951-ci ildə vəfat edib.

Mənbə

redaktə
  • Çingizoğlu Ə. Qacarlar və Qacar kəndi. Bakı: “Şuşa” nəşriyyatı. 2008. səh. 336+32.
  • Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.

Həmçinin bax

redaktə
  • Qacarlar
  • İran jandarması

Xarici keçidlər

redaktə
  • Mehdiqulu xan Tacbəxş: zəka və zəhmin tacı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mehdiqulu_xan_Tacbəxş&oldid=8121833"
LOVE.AZ