. Love.az

Mehmed Ertogrul Efendi - Wikipedia - Love.az

Ana Səhifə - Mehmed Ertogrul Efendi

Mehmed Ərtoğrul Əfəndi (5 sentyabr 1912 və ya 5 noyabr 1912, İstanbul – 2 iyul 1944, Qahirə) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin oğlu.

Mehmed Ərtoğrul Əfəndi
محمد ارطويل أفندي
Şəxsi məlumatlar
Doğum tarixi 5 oktyabr 1912
Doğum yeri Vahidəddin köşkü, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 1944
Vəfat yeri
  • Qahirə, Misir
Dəfn yeri Abbasiyə məzarlığı
Atası VI Mehmed
Anası Şadiyə Müvəddət Qadınəfəndi
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Həyatı

redaktə

Mehmed Ərtoğrul Əfəndi 1912-ci ildə İstanbulda Çəngəlköydəki Vahidəddin köşkündə dünyaya gəldi. Anası Şadiyə Müvəddət xanım atasının üçüncü xanımı idi. Ailənin tək oğlu və ən kiçik uşağı olduğundan xüsusi təhsil aldı. Atası 1922-ci ildə sürgünə göndəriləndə, 10 yaşlı Mehmed Ərtoğrul da onunla birlikdə San-Remoya getdi. Atasının ölümündən sonra, anasıyla birlikdə Qahirəyə köçdü və 1944-cü ildə burada vəfat etdi. Cənazəsi Qahirədə Abbasiyə məzarlığında dəfn olundu.

Mənbə

redaktə
  • http://www.enfal.de/otarih44.htm
  • https://web.archive.org/web/20060502151020/http://www.4dw.net/royalark/Turkey/turkey14.htm

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mehmed_Ərtoğrul_Əfəndi&oldid=6907416"
LOVE.AZ