. Love.az

Mehmed Rusdu Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Mehmed Rusdu Pasa

Mütərcim Mehmed Rüşdü Paşa (türk. Mütercim Mehmed Rüşdi Paşa; fevral 1811, Sinop, Anadolu əyaləti, Osmanlı imperiyası – 27 mart 1882, Manisa, Aydın vilayəti, Osmanlı imperiyası) — Sultan Əbdülməcid, Sultan Əbdüləziz, V Murad və II Əbdülhəmidin səltənətlərində 5 dəfə — ümumlikdə 2 il 1 ay 28 gün sədrəzəm olmuş Osmanlı dövlət xadimi.

Mehmed Rüşdü Paşa
Osmanlı sədrəzəmi
24 dekabr 1859 – 27 may 1860
ƏvvəlkiMehmed Əmin Paşa
SonrakıMehmed Əmin Paşa
5 iyun 1866 – 11 fevral 1867
ƏvvəlkiMehmed Fuad Paşa
SonrakıMehmed Əmin Əli Paşa
19 oktyabr 1872 – 15 mart 1873
ƏvvəlkiƏhməd Şəfiq Mithat Paşa
SonrakıƏhməd Əsad Paşa
2 may 1876 – 19 dekabr 1876
ƏvvəlkiMahmud Nədim Paşa
SonrakıƏhməd Şəfiq Mithat Paşa
28 may 1878 – 4 iyun 1878
ƏvvəlkiMehmed Sadiq Paşa
SonrakıMehmed Əsad Saffət Paşa
Şəxsi məlumatlar
Doğum tarixi fevral 1811
Doğum yeri
  • Sinop, Anadolu əyaləti, Osmanlı imperiyası
Vəfat tarixi 27 mart 1882(1882-03-27) (71 yaşında)
Vəfat yeri
  • Manisa, Aydın vilayəti, Osmanlı imperiyası
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Mənbə
    • 2.1 Ədəbiyyat
    • 2.2 İstinadlar

Həyatı

redaktə

1811-ci ilin fevralında Sinopun Ayancıq bölgəsində dünyaya gəldi. Atası Hacı Həsən ağa olub, əslən türkdür.[1] Hələ 3 yaşında ikən ailəsi İstanbula köçdü və burada atası ticarətlə məşğul olmağa başladı. İstanbulun Topxana səmtində məskunlaşdılar və Mehmed Rüşdü ilk təhsilini bu səmtdəki sübyan məktəbində almağa başladı. Eyni zamanda məhəllə məscidində Quran dərsləri də aldı.[2]

1826-cı ildə baş tutan Vaka-yi Hayriyyə hadisəsindən sonra qurulan yeni orduya qatıldı və Topxanadakı yeddinci tərtib bölüyünə yazıldı. Hərbi təlimləri davam edərkən digər yandan da ərəbcə, farsca və fransızca dərsləri almağa başladı. Fransız dilindən verdiyi imtahanın ardından, daha çox əcnəbilərin yaşadığı İstanbulun Tarabya səmtindəki karakolda vəzifələndirildi.[3] Bu vəzifədə ikən sərəsgər Qoca Hüsrəv Paşanın vasitəsilə Sultan Mahmudun hüzuruna alındı və sorğu-sualın ardından fransız hərbi nizamnamələrin tərcüməsiylə vəzifələndirildi. Buradakı xidmətləri səbəbilə gələcəkdə Mütərcim ləqəbi aldı.

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Buz, Ayhan (2009) "Osmanlı Sadrazamları", İstanbul: Neden Kitap, ISBN 978-975-254-278-5
  • Kuneralp, Sinan (1999) Son Dönem Osmanlı Erkan ve Ricali (1839 - 1922) Prosopografik Rehber, İstanbul:ISIS Press, ISBN 9784281181
  • İnal, İbnülemin Mehmet Kemal, (1964) Son Sadrazamlar 4 cilt, Ankara: Millî Eğitim Basimevi, (Dergah Yayinevi 2002)
  • Tektaş, Nazim (2002), Sadrâzamlar Osmanlı'da İkinci Adam Saltanatı, İstanbul:Çatı Yayınevi

İstinadlar

redaktə
  1. ↑ Mehmed Süreyya, Sicill-i Osmanî yahut Tezkire-i Meşâhîr-i Osmaniyye, C 2, Matbaa-i Âmire, 1311, s. 386
  2. ↑ Ahmed Rifat, Verdü'l-Hadâik, İstanbul 1866
  3. ↑ İbnülemin Mahmud Kemal İnal, Son Sadrazamlar, C. 1, Dergâh Yayınları, İstanbul 1982
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mehmed_Rüşdü_Paşa&oldid=7976349"
LOVE.AZ