. Love.az

Mehreli Bey Saricali Cavansir - Wikipedia - Love.az

Ana Səhifə - Mehreli Bey Saricali Cavansir
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz.
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur.
Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz.

Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu.

Məhrəli xan
Məhrəli xan Sarıcalı-Cavanşir
II Qarabağ xanı
1759 – 1760
ƏvvəlkiPənahəli xan
Sonrakıİbrahimxəlil xan
Şəxsi məlumatlar
Doğum tarixi 1735
Doğum yeri Sarıcalı, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti
Vəfat tarixi 1785
Vəfat yeri Şamaxı, Şirvan xanlığı
Milliyyəti Azərbaycan türkü
Fəaliyyəti hərbi lider[d]
Atası Pənahəli xan
Uşağı Məhəmməd bəy Sarıcalı-Cavanşir
Dini Şiə İslam

Mündəricat

  • 1 Həyatı
  • 2 Hakimiyyəti
  • 3 Hakimiyyətdən sonra
  • 4 Ölümü
  • 5 Ailəsi
  • 6 İstinadlar
  • 7 Mənbə
  • 8 Xarici keçidlər

Həyatı

redaktə

Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi.

Hakimiyyəti

redaktə

İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı.

Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi. Ibrahimxəlil ağanın təzyiqi altında Qarabağı tərk еtdi.

Hakimiyyətdən sonra

redaktə

Mеhrəli xan devriləndən sonra yеnidən Kərim xan Zəndə müraciət etdi. Tarixçi Əhməd bəy Cavanşir yazır: "Mеhrəli bəy Kərim xanın köməyinə pənah gətirdi. Kərim xanın Mеhrəli bəyin xеyrinə olaraq ərdəbilli Hidayət xanın adına göndərdiyi sərəncam yеrinə yеtirilməmiş qaldı."[1]

Ölümü

redaktə

Mehrəli bəy 1785-ci ildə Şirvan xanı Ağası xan tərəfindən öldürüldü.

Ailəsi

redaktə

Xanımları: Əziz xanım

Oğulları:

  • Məhəmmədqulu bəy (1762–1797)[2][3]
  • Əlihümbət bəy
  • Əsədulla bəy
  • Xankişi bəy

Qızları:

  • Xanxanım ağa

İstinadlar

redaktə
  1. ↑ Qarabağnamələr, II kitab, Bakı, "Yazıçı", 1989
  2. ↑ "Vaqifi öldürən, anasını doğrayan Batmanqılınc". Axar.Az (az.). 2023-07-20. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  3. ↑ "Məmməd bəy Cavanşir anasını niyə öldürmüşdü?".

Mənbə

redaktə
  • Vasif Quliyev. 525-ci qəzet.- 2022.- 25 oktyabr.- S.12-13.

Xarici keçidlər

redaktə
  • "Pənahəli xanın İspaniyada yaşayan varisi: Usubov atasının toyuna hansı hədiyyəni gətirib? - MÜSAHİBƏ + FOTO". Oxu.Az (az.). 2022-08-03. İstifadə tarixi: 2023-10-04.
Mehdiqulu xan Cavanşirİbrahimxəlil xanMehrəli bəyPənahəli xanCavanşirlər
SƏLƏF
Pənahəli xan
  Mehrəli bəy Sarıcalı-Cavanşir
Cavanşirlər
  XƏLƏF
İbrahimxəlil xan
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mehrəli_bəy&oldid=7262258"
LOVE.AZ