. Love.az

Mehrabli - Wikipedia - Love.az

Ana Səhifə - Mehrabli

Mehrablı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Mehrablı kənd inzibati ərazi dairəsində kənd.[1] 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Mehrablı kəndi Qaradolaq kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mehrablı kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

Mehrablı
39°53′55″ şm. e. 47°28′04″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 47 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Mehrablı xəritədə
Mehrablı
Mehrablı

Mündəricat

  • 1 Toponimikası
  • 2 Əhalisi
  • 3 İqtisadiyyatı
  • 4 Mədəniyyəti
  • 5 Təhsil
  • 6 Səhiyyə
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Toponimikası

redaktə

Meyrablı yaşayış məntəqəsini əfşar tayfasının mehrablı tirəsinə mənsub olan ailələr burada məskən saldığına görə kənd belə adlandırılmışdır. Qaradolaq tayfalarının da mehrablı adlı qolu vardır. Mehrab sözünü şəxs adı kimi də əlaqələndirənlər vardır. Mehrab sözü ərəbcə "ibadətgah" anlamı daşıyır. Adətən məscidlərdə qiblə cəhətdəki (Məkkə istiqamətində) divarda düzəldilən və qarşısında namaz qılınan oyuq və ya taxçaya mehrab deyirlər. Yarımdairəvi, bəzən isə düzbucaqlı formada olan mehrab yarımkümbəzlə tamamlanır, mərmər, yaş suvaq, gəc, ağac üzərində oyma ornamentlərlə inkrustasiya, divar rəsmi, dekorativ yarımsütunlar və kiçik tağlar qurşağı ilə bəzədilir. Bir yerdən başqa yerə aparıla bilən oyma ornamentli ağacdan mehrablar da var. Mehrab sözünün məcazi mənada "üz çevriləcək yer" anlamı da var.[3]

Əhalisi

redaktə

Mehrablı kəndinin əhalisinin sayı 1395 (2007-ci il üçün)nəfərdir.

İqtisadiyyatı

redaktə

Əhali əsasən pambıqçılıq, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olur. Kənddə ticarət-iaşə obyektləri və s.var.

Mədəniyyəti

redaktə

Kənddə klub mövcuddur.

Təhsil

redaktə

Kənddə orta məktəb fəaliyyət göstərir.

Səhiyyə

redaktə

Kənddə tibb məntəqəsi var.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  3. ↑ Nazim Tapdıqoğlu. Ağcabədi Ensiklopediyası. Bakı.2007

Həmçinin bax

redaktə
Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mehrablı&oldid=8143614"
LOVE.AZ