. Love.az

Mehtab Qadinefendi - Wikipedia - Love.az

Ana Səhifə - Mehtab Qadinefendi

Mehtab Qadınəfəndi (1830, Petrovskoye – 20 iyul 1888, Beşiktaş, İstanbul ili) — 31. Osmanlı sultanı Əbdülməcidin onuncu xanımı.

Mehtab Qadınəfəndi
osman. مهيتاب قادين افندى
Şəxsi məlumatlar
Doğum tarixi 1830
Doğum yeri
  • Petrovskoye, Rusiya imperiyası
Vəfat tarixi 20 iyul 1888(1888-07-20)
Vəfat yeri
  • Beşiktaş, İstanbul ili, Osmanlı imperiyası
Dəfn yeri
  • Yeni Məscid
Fəaliyyəti əsilzadə
Atası Hişam bəy
Anası Məlikə xanım
Həyat yoldaşı
  • I Əbdülməcid
Uşaqları Sabiha Sultan
Əhməd Nurəddin Əfəndi
Ailəsi Osmanlı xanədanı

Mündəricat

  • 1 Həyatı
  • 2 Övladları
  • 3 Mənbə
  • 4 İstinadlar

Həyatı

redaktə

Mehtab xanım 1830-cu ildə Mahaçqalada dünyaya gəlmişdir. Əsl adı Nuriyə, atası Hişam bəy, anası isə Məlikə xanım idi. Erkən yaşlarında ailəsiylə birlikdə Rusiya imperiyasını tərk edib İstanbula gəlmiş, Osmanlı sarayına təslim edilmişdir. Osmanlı sarayına alınan çeçen əsilli nadir qadınlardan biridir.

Sultan Əbdülməcidin hərəmxanasında xəzinədar olan Şevknihan xanım onun bibisi idi. Bu səbəblə sarayda mükəmməl təhsil almışdı. Nəhayət, 1845-ci ildə Sultan Əbdülməcidlə evləndirildi. Nigahdan 3 il sonra ilk övladı olan Sabiha Sultanı dünyaya gətirdi. Ardından Əhməd Nurəddin Əfəndi dünyaya gəldi. Oğlunun doğumundan sonra Beşinci Qadınəfəndi elan edilmişdir.[1] Oğlu Əhməd Nurəddin Əfəndi 33 yaşında vərəmdən vəfat etmişdi.

Şimali Qafqazda davam edən Şeyx Şamil hərəkatının ən güclü dəstəkçilərindən biri idi. Hətta Şeyx Şamil 1870-ci ildə həcc ziyarəti səbəbilə çıxdığı səyahət əsnasında öncə İstanbula gələrək ailsiylə birlikdə Mehtab xanımı ziyarət etmişdir.[2] Dul qaldıqdan sonra Fəriyə sarayında[3], 1880-ci ildən sonra isə Ulduz sarayında yaşamağa başladı və oğlunun ölümündən 4 il sonra 1888-ci ildə burada vəfat etdi. Cənazəsi Yəhya Əfəndi türbəsinə dəfn edildi.

Övladları

redaktə
  • Sabiha Sultan (d. 15 aprel 1848 - ö. 27 aprel 1849)
  • Əhməd Nurəddin Əfəndi

Mənbə

redaktə
  • http://freepages.genealogy.rootsweb.com/~royalty/turkey/persons.htmlArxivləşdirilib 2014-02-09 at the Wayback Machine
  • Christopher Buyers. "The Royal Ark – Royal and Ruling Houses of Africa, Asia, Oceania and the Americas"
  • https://books.google.com/books?qGAtAQAAIAAJ

İstinadlar

redaktə
  1. ↑ Açba, Harun. Kadın efendiler: 1839-1924 Arxivləşdirilib 2021-08-24 at the Wayback Machine. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1
  2. ↑ Açba, Harun. Kadın efendiler: 1839-1924 Arxivləşdirilib 2021-08-24 at the Wayback Machine. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1
  3. ↑ Açba, Harun. Kadın efendiler: 1839-1924 Arxivləşdirilib 2021-08-24 at the Wayback Machine. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mehtab_Qadınəfəndi&oldid=7991477"
LOVE.AZ