Meksika monumental boyakarlığı və ya Meksika muralizmi (isp. Muralismo) — Meksikada boyakarlıq cərəyanı. Bu, Meksika vətənpərvərliyinə əsaslanır. Meksika monumental boyakarlığında üsyançı qəhrəmanlara, milli tələblər uğrunda mübarizələrə vurğulanır. Hərəkat eyni zamanda ölkənin hindi keçmişinə də işarə edir. 1920-ci illərdən 1970-ci illərə qədər ictimai binalarda milli, sosial və siyasi mesajları özündə təcəssüm edən çoxlu freskalar yaradılmışdır. Bu cərəyan ABŞ da daxil olmaqla Amerikanın digər ölkələrində incəsənətə təsir etmişdir.[1]
Vikianbarda Meksika monumental boyakarlığı ilə əlaqəli mediafayllar var. |