. Love.az

Merida Ispaniya - Wikipedia - Love.az

Ana Səhifə - Merida Ispaniya
Bu adın digər istifadə formaları üçün bax: Merida.

Merida (isp. Mérida, estremadurca: Méria) – İspaniyada Badahos əyalətində Qvadiana çayı üzərində yerləşən şəhər. Estramaduranın müstəqil birliyinin paytaxtıdır. Əhalisi 57 min nəfərdir.

Şəhər
Merida
Mérida
Bayraq Gerb
Bayraq Gerb
38°54′57″ şm. e. 6°20′00″ q. u.HGYO
Ölkə
  •  İspaniya[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub 1834
Sahəsi
  • 865,6 km²
Mərkəzin hündürlüyü 217 ± 1 m
Saat qurşağı
  • UTC+01:00[2]
  • UTC+02:00[2]
Əhalisi
Əhalisi
  • 59.857 nəf. (2024)[3]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 06800
Nəqliyyat kodu EX
Digər
merida.es
Xəritəni göstər/gizlə
Merida xəritədə
Merida
Merida
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Şəhərin görünüşü
  • 3 Qardaşlaşmış şəhərlər
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tarixi

redaktə

B.e.ə. 25-ci ildə şəhərin yerində Emerita-Avqust şəhəri yerləşirdi.Şəhər imperator Oktavian Avqustun əmri ilə tikilmişdi. Romada Luzitaniya əyalətinin paytaxtı idi. Merida şəhəri VI əsrdə İberiya yarımadasının dininin və episkopiyasının mərkəzi (paytaxtı) idi. 713-cü ildə şəhər ərəb xəlifəsi Musa İbn Nuseyr tərəfindən alınır. 1230-cu ildə kral Alfonso IX tərfindən şəhər Mavrlardan alınır. Kral bu şəhəri Müqəddəs İakova Ordeninin tabeliyinə verir. Bundan sonra şəhərin taleyi cəngavərlər ilə bağlı olmuşdur.

Şəhərin görünüşü

redaktə

Şəhərin müxtəlif xalqlar tərindən alınmasına baxmayaraq öz gözəlliyini saxlamışdır. Yeni muzeydə axtarılan arxeoloqik tapıntılar Rafael Moneo tərəfindən layihələşdirilmişdir. Burada yerləşən Emerita-Avqust koloniya binası UNESCO tərəfindən Ümumdünya İrsinin Abidəsi kimi qəbul olunmuşdur:

  • Roma körpüsü – uzunluğu 800 m-dir.Roma körpülərindən ən uzunudur. Hal-hazırda piyadaçılar üçün açıqdır.
  • İppodrom – qalıqları qalmışdır. Uzunluğu 400 m-dir.
  • Amfiteatr və teatr – Hal-hazırda indi də burada antik pyeslər tamaşaya qoyulur.

Qardaşlaşmış şəhərlər

redaktə
  •   Roma, İtaliya
  •   Merida, Venesuela
  •   Merida (Meksika), Meksika
  •   Merida (Filippin), Filippin
  •   El Paso, Texas, ABŞ

İstinadlar

redaktə
  1. ↑ 1 2 Nomenclátor Geográfico de Municipios y Entidades de Población. 2024.
  2. ↑ 1 2 https://www.worlddata.info/europe/spain/timezones.php.
  3. ↑ İspaniya Milli Statistika İnstitutu Municipal Register of Spain of 2024. 2024.

Xarici keçidlər

redaktə
  • Rəsmi sayt
  • Roman Art National Museum
  • Pictures of Roman Mérida Arxivləşdirilib 2008-12-20 at the Wayback Machine
  • Photos of Mérida: Roman monuments and other views of the city
  • The Marvel of Mérida
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Merida_(İspaniya)&oldid=8000825"
LOVE.AZ