Merkinkan adası (rus. Меркинкан, çuk. Мэрвыкинкэн) — Sakit okeana daxil olan Berinq dənizi ərazisində yerləşən ada. Senyavin boğazı, Pekneqney buxtası, Çukot yarımadasının cənub-şərqində, Yanrakınnotdan 17 km cənub-şərqdə yerləşir. çuk. Мэрвыкинкэн çukot dilindən tərçümədə — «Cılız» mənasını verir. Bu isə yaxınlığında yerləşən Açinkinkan adasına nisbətə görə adlandırılmışdır — «kök». İnzibati baxımından Çukotka muxtar dairəsi Providenski rayonu ərazisində yerləşir. Adanın mərkəzində Bob adlı göl vardır.
Merkinkan adası | |
---|---|
rus. Меркинкан, çuk. Мэрвыкинкэн | |
![]() | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 40 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
64°50′05″ şm. e. 172°48′48″ q. u.HGYO | |
Ölkə |
![]() |
Region |
|
Akvatoriya | |
İlk dəfə 1828-ci ildə Fyodor Litke tərəfindən xəritəyə salınmışdır[1].
Adada 1,5 min berinq qarabatdağı, iri qağayı, sakit okean təmizçisi kimi quşlar yuva qurur.