Qaranqu, Sevcur, Qarasu[1], Metsamor — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda çay.[2]
Ağin (Ani) rayonundakı Molla Gökçə (Maralik) kəndinin ərazisindən axır. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Uzunluğu 38 km-dir. Mənbəyini Alagöz dağındakı Qaragöldən və bulaqlardan alıb Arpaçaya tökülür. Hidronim M.Kaşğarinin «Divanü-lüğət-it türk» əsərində «tutqun, çirkin, şübhəli» mənasında işlənən qaranqu sözü[4] əsasında əmələ gəlmişdir. Sadə quruluşlu hidronimdir.
Çayın adı dəyişdirilib Sevcur (Qarasu) və Metsamor qoyulmuşdur.