. Love.az

Midnight Club 3 Dub Edition - Wikipedia - Love.az

Ana Səhifə - Midnight Club 3 Dub Edition

Midnight Club 3: Dub Edition — "Rockstar San Diego" tərəfindən hazırlanmış və "Rockstar Games" tərəfindən satışa çıxarılmış 2005-ci ilin yarış videooyunu. "Midnight Club" seriyasında üçüncü buraxılış olan bu oyun, realistik fizika və avtomobil idarəetməsindən yan keçərək, əsas diqqəti sürət həvəskarlarının ürəyincə olan dinamik yarışlara yönəldir. "DUB Magazine" ilə yaradılan tərəfdaşlıq sayəsində oyunda bu nəşrin sponsorluğu ilə keçirilən yarışlar təşkil edilir və qalib gələn oyunçular DUB üslubunda hazırlanmış avtomobillərlə mükafatlandırılır.

Midnight Club 3: Dub Edition
Hazırlayanlar Rockstar San Diego
Yayımlayanlar Rockstar Games
Buraxılış tarixləri 11 aprel 2005, 15 aprel 2005, 27 iyun 2005, 1 sentyabr 2005
Janr yarış video oyunu
Texniki məlumat
Platforma Xbox, PlayStation 2[1]
Oyun rejimi çoxnəfərli oyun, birnəfərli oyun
İnterfeysin dili ingilis dili
İdarəetmə geympad
Rəsmi saytı

Oyun San-Dieqo, Atlanta və Detroyt şəhərlərinin açıq dünyasında cərəyan edir. Oyunçular hip-hop, rok və digər janrların yer aldığı 98 (Remix versiyasında 124) lisenziyalı musiqi parçası sədası altında yol qət edir. Müəyyən obyektlərlə toqquşduqda və yaxud bəzi yol hissələrindən keçdikdə maraqlı qrafik təsvirlər özünü göstərir. Avtomobilin zahiri görünüşünü dəyişmək imkanı ilə bərabər, texniki göstəricilərini də təkmilləşdirmək mümkündür (yalnız "A" sinfinə aid olmayan qeyri-motosiklet nəqliyyat vasitələri üçün). "Midnight Club" seriyasında lisenziyalı avtomobillərdən ilk dəfə məhz "Midnight Club 3: Dub Edition"da istifadə edilib. 2006-cı ilin mart ayında oyunun yenilənmiş versiyası olan "Midnight Club 3: Dub Edition Remix" təqdim edilib. Bu versiyada yeni avtomobillər, yarışlar və musiqi parçaları əlavə olunub. Bundan başqa, "Midnight Club II"dəki Tokio xəritəsinin dəyişdirilmiş variantını əhatə edən "Tokyo Challenge" adlı rejim də oyuna daxil edilib.

İstinadlar

redaktə
  1. ↑ redump.org (ing.). Europe.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Midnight_Club_3:_Dub_Edition&oldid=8092018"
LOVE.AZ