. Love.az

Midori Koala - Wikipedia - Love.az

Ana Səhifə - Midori Koala

Midori (みどり?, azərb. "yaşıl"‎) – qeydə alınmış ən yaşlı koala. 2021-ci ildə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Yaponiyanın Hyoqo prefekturasındakı İngiltərə parkında saxlanılırdı.[1] 2022-ci ildə ölmüşdür.

Midori
Məlumatlar
Növü Phascolarctos cinereus victor (Viktoriya koalası)
Cinsiyyəti dişi
Doğum tarixi 1 yanvar 1997
Doğum yeri Avstraliya Avstraliya
Ölüm tarixi 23 noyabr 2022
Tanınmış rolu zoopark heyvanı
Tanınır ən yaşlı koala
Saxlandığı yer İngiltərə parkı, Minamiavaci,  Hyoqo prefekturası, Yaponiya Yaponiya
Balaları yoxdur

Mündəricat

  • 1 Həyatı
  • 2 Ginnesin Rekordlar Kitabı
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Midori 1 yanvar 1997-ci ildə Avstraliyada doğulmuşdur. 2003-cü ildə Qərbi Avstraliya hökumətinin hədiyyəsi kimi Yançep Milli Parkından Hyoqo prefekturasına göndərilmişdir. O, həmin il Minamiavaci şəhərindəki İngiltərə parkına gətirilmiş 4 koaladan biri idi. İşçilər Midorinin bu qədər uzun yaşayacağını gözləmirdilər. İngiltərə parkı Yaponiyada Viktoriya koalalarının saxlanıldığı yeganə yerdir.[1]

Kaolalar orta hesabla 15-16 il yaşasalar da, parkda yaradılmış şərait və qayğı nəticəsində Midori uzunömürlü olmağa bacarmışdır. Yaşına baxmayaraq ağaca çıxır, özü yemək yeyir və ziyarətçilərin önünə çıxırdı. Midori gününü yeməklə və yatmaqla keçirirdi. Bəzən işçilər ona yeməkdə və ifrazat prosesində köməklik göstərirdilər. Hər ay tibbi baxışdan keçirilir və dırnaqları tutulurdu.[1]

Midori 23 noyabr 2022-ci ildə ölmüşdür. Ölüm səbəbi qocalıq göstərilmişdir.[2]

Ginnesin Rekordlar Kitabı

redaktə

Midori 2021-ci ildə 24 yaşına çatanda iki kateqoriya üzrə Ginnesin Rekordlar Kitabına düşmüşdür: dünyanın yaşayan ən yaşlı koalası və qeydə alınmış ən yaşlı koala.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 "24-year-old koala, Midori, becomes the oldest in captivity ever". Ginnesin Rekordlar Kitabı (ingiliscə). 15 aprel 2021. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2022.
  2. ↑ "World's oldest koala dies at 25". The Japan News (ingiliscə). 25 noyabr 2022. 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2024.

Xarici keçidlər

redaktə
  • İctimai TV xəbəri
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Midori_(koala)&oldid=7818015"
LOVE.AZ