. Love.az

Mihrimah Sultan Ii Mahmudun Qizi - Wikipedia - Love.az

Ana Səhifə - Mihrimah Sultan Ii Mahmudun Qizi
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Mehrimah Sultan.

Mehrimah Sultan (29 iyun 1812, İstanbul – 31 avqust 1838, İstanbul) — 30. Osmanlı sultanı II Mahmudun altıncı qızı.

Mehrimah Sultan
osman. مهرماہ سلطان‎
Şəxsi məlumatlar
Doğum tarixi 29 iyun 1812(1812-06-29)
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 31 avqust 1838(1838-08-31) (26 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Nəqşidil Sultan türbəsi
Fəaliyyəti əsilzadə
Atası II Mahmud
Anası Hoşyar Sultan
Həyat yoldaşı
  • Səid Mehmed Paşa
Uşağı Sultanzadə Abdullah bəy
Ailəsi Osmanlı xanədanı

Həyatı

redaktə

Mehrimah Sultan 10 iyun 1812-ci ildə dünyaya gəldi. Atası Osmanlı sultanı II Mahmud, anası isə Hoşyar Sultandır. Dünyaya gəlişi eyni ildə anadan olan bacısı Şah Sultan və Şahzadə Bəyazid ilə birlikdə imperiyanın hər tərəfinə elan edilmişdir. 6 aprel 1836-cı ildə mühüm dövlət adamlarından Səid Mehmed Paşa ilə nikahlanmışdır. Şeyxülislam Məkkəyizadə Mustafa Əfəndinin kəsdiyi nikah əsnasında sultanın vəkili olaraq dövrün Darüssəadə ağası Abdullah ağa və hərəm ağalarından Osman ağa iştirak etmişdir. Cütlüyün toy mərasimi isə 28 aprel 1836-cı ildə Dolmabağça sarayında baş tutmuş və 9 gün davam etmişdir. Toy mərasiminin ardından qardaşları Şahzadə Əbdülməcid və Şahzadə Əbdüləziz Səadabad qəsrində sünnət edilmişdir.

Ancaq çox keçmədən 31 avqust 1838-ci ildə doğum əsnasında vəfat etmişdir. Cənazəsi Nəqşidil Sultan türbəsinə dəfn edilmişdir. Dünyaya gələn oğlan uşağı da çox yaşamamışdır.

Mənbə

redaktə
  • Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, s. 505-506
  • Mehmet Işık, Siyaset ve Şenlik: 1836 Sur-i Hümayun, İstanbul 2014

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mehrimah_Sultan_(II_Mahmudun_qızı)&oldid=7870739"
LOVE.AZ