. Love.az

Milcek Film 2006 - Wikipedia - Love.az

Ana Səhifə - Milcek Film 2006
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Milçək
Janr Faciəvi komediya
Rejissor Asif Abramov
Ssenari müəllifi Mikayıl Həsənli
Baş rollarda Elməddin Cəfərov — Kərim
Könül Mehrəliyeva — Bağdagül
İntiqam Soltan — Vəli
Samir Həşimli — Əflatun
Operator Samir Həsənov
Bəstəkar Vüqar Camalzadə
Montajçı Asif Abramov[d]
İstehsalçı Art Global Production
Filmin digər adı Milçək Ağakərim
Filmin növü tammetrajlı bədii film
Müddət 63,5 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
İl 2006
Texniki məlumatlar genişekranlı
videofilm
Rəng rəngli (ağ-qara kadrlarla)

Mündəricat

  • 1 Məzmun
  • 2 Film haqqında
  • 3 Səhv
  • 4 Filmin heyəti
    • 4.1 Film üzərində işləyənlər
    • 4.2 Rollarda
  • 5 Çəkilişə köməklik edən qurumlar
  • 6 Həmçinin bax
  • 7 Xarici keçidlər

Məzmun

redaktə

Filmdə hadisələr əsasən dəmiryol vağzalında baş verir. Baş obraz olan Kərimin (Elməddin Cəfərov) ən böyük məqsədi — atası kimi — milçək öldürməkdir. Və bu işinə görə özünü əsl qəhrəman hesab edir. Qısası, fılmdə əsas məna odur ki, boş işlə məşğul olanlar özlərini, əslində, ciddi, həyati məsələlərlə ilgili hesab edirlər.

Film haqqında

redaktə
  • Filmdə 24 aktyor iştirak etmişdir.
  • Filmdə kompüter qrafikasından istifadə edilmişdir.
  • Filmin başlanğıc mahnısı filmin məzmununa uyğun gəlmir. Mahnıda qatar barədə oxuyurlar, lakin filmdə qatardan söz belə düşmür.

Səhv

redaktə
  • Film genişekranlıdır. Lakin Kərim xəyala dalanda qəflətən ekran adi formatlı olur.
  • Titrlərdə bir çox orfoqrafik səhvlərə yol verilmişdir.

Filmin heyəti

redaktə

Film üzərində işləyənlər

redaktə
Ssenari müəllifi: Mikayıl Həsənli
Quruluşçu rejissor: Asif Abramov
Quruluşçu operator: Samir Həsənov
Səs rejissoru: Aqil Əliyev
İşıqçılar: Emin Yəhyayev, Qabil Yəhyayev
Texniklər: Bəhram Bəhramov, Qabil Yəhyayev
Qrim: Rəna Əliyeva
Rejissor: Cəbrayıl Rzayev
Operator: Yusif Şəfiyev
Rejissor assistenti: Günel Quliyeva
Montaj: Asif Abramov
Qrafika: Tariyel Bağırzadə
Bəstəkar: Vüqar Camalzadə
Redaktor: Nazpəri Məmmədova
İnzibatçılar: Canbala Babayev, Faiq Hacıyev
İcraçı direktor: Mahir İbrahimov
Filmin direktoru: Saleh Məmmədov
Prodüser: Aydın Hacıyev
Mahnı ifa edənlər: Elnarə Xəlilova, Cahangir Qurbanov
Mətni oxuyan: Qorxmaz Əlili

Rollarda

redaktə
Elməddin Cəfərov — Kərim
Könül Mehrəliyeva — Bağdagül
İntiqam Soltan — Vəli
Samir Həşimli — Əflatun
Gülnaz Əliyeva — Bağdagülün anası
Sona Babayeva — eynəkli qadın
Vahid Əliyev — eynəkli kişi
Ələsgər Məmmədoğlu — xəzinədar
Sevinc Əliyeva — hamilə qadın
Vüqar Bəxtiyar — qədeş
Ramin Hacıyev — qədeş
Asif Ağayev — yekəpər
Mehmet Azak — türk ər
Dilarə Mirzəbəyova — rusdilli qız
İnna Butenko — rusdilli qız
Kamran Coşqun — bığlı kişi
Zaur Terequlov — yumşaq oğlan
Ahilə Quliyeva — türkün arvadı
Tərlan Fərzullayev — polis işçisi
Canbala Babayev — polis rəisi
Günəş Ağayeva — dilənçi
İslam Rzaoğlu
Nazpəri Məmmədova

Çəkilişə köməklik edən qurumlar

redaktə
Az.StarNet
AF Hotel Akva Park İstirahət Mərkəzi

Həmçinin bax

redaktə
  • Toy (film, 2005)
  • Ailəm (film, 2006)
  • Qonşular (film, 2006)
  • Bacanaqlar

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Milçək_(film,_2006)&oldid=7980731"
LOVE.AZ