. Love.az

Mil Beyleqan Fk - Wikipedia - Love.az

Ana Səhifə - Mil Beyleqan Fk
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.

Mil-Beyləqan FK — Beyləqan şəhərini təmsil edən futbol klubu.

Mil-Beyləqan FK
Klubun tam adı Mil Beyləqan Futbol Klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) Beyləqanlılar
Şəhidlər klubu
Rəng(lər)          Qırmızı–Ağ
Yaranma tarixi 1955 (70 il əvvəl) (1955)
Stadionu Beyləqan Olimpiya İdman Kompleksi
Tutumu 2500
Baş məşqçisi Azərbaycan Elnur Səfərov
Kapitanı Kamal Qasımov
Liqa Azərbaycan Azərbaycan Region Liqası
Ev forması
Səfər forması

Mündəricat

  • 1 Tarixi
  • 2 Uğurları
  • 3 "Mil" Derbisi
  • 4 Heyət
    • 4.1 Klubun heyəti (2019–2020)
    • 4.2 Məşqçi Heyəti
  • 5 1992-ci il sezonu
  • 6 1993-cü il sezonu
  • 7 1993–1994-cü il sezonu
  • 8 Stadion
  • 9 Azərkeş və azərkeş qrupları
  • 10 Veteran Futbolçular
  • 11 İstinadlar

Tarixi

redaktə

Mil Beyləqan futbol klubu 1955-ci ildə Beyləqan şəhərində yaradılmışdır. Müstəqillikdən sonra Mil Beyləqan 1992-ci il sezonunda Azerbaycan I Diviziyonunda mübarizə aparımışdır.Klub bu sezon çempiyanatı 5-ci sırada bitirdi. Növbəti futbol sezonu yəni 1993-cü il sezonunda I Diviziyon B qrupunda mübarizəyə başladı. Beyləqan təmsilcisi sezonu 8-ci yerdə başa vurdu. KlubunI Diviziyondakı son sezonu 1993–1994-cü il sezonu olmuşdur. Bu sezon C qrupunda mübarizə aparan ''Aranın Fırtınası'' qrupu son sırada bitirdi.

Klub 2006–2007-ci illərdə Həvəskarlar liqası respublika çempionatında çempion olmuş 2009–2010-cu illərdə liqada üçüncü yerdə, 2010–2011-ci illərdə isə altıncı yerdə qərarlaşmışdır.

Region Liqası 2019–20 Sezonu Covid-19 Pandemiyası səbəbindən təxirə salınmışdır.

Uğurları

redaktə
  • Həvəskarlar Liqası:
    • Çempion — 2006/2007
    • Bürünc medal — 2009/2010

"Mil" Derbisi

redaktə

Kür-Araz ovalığında yerləşən düzənliklərdən biri olan Mil düzünün iki klubu Mil-Beyləqan FK (Beyləqan) ve Mil-Muğan FK (İmişli) futbol klubları arasında olan əzəli və rəqabətli futbol oyunudur. Bu rəqabətdə Mil-Beyləqan futbol klubunun qalibiyyət üstünlüyü vardır. Mil-Beyləqan futbol klubu hal hazırda Region liqasında mübarizə aparır, Mil-Muğan FK Azərbaycan Premyer Liqasında mübarizə aparır.

Heyət

redaktə

Klubun heyəti (2019–2020)

redaktə
Nömrə Ölkə Mövqeyi Futbolçu
01   Qurbanzadə Cahangir
77   Şirinov Elnur
22   Kamran Məmmədli
02   Əliyev Elgiz
07   Şirinov Emin
10   Qasımov Kamal (Kapitan)
19   Ağayev İlkin
14   Şavadlı Coşqun
11   Salmanlı Taleh
20   Əliyev Orxan
88   Süleymanov Coşqun
15   Ağayev Şahin
14   Rüstemov Ruslan
08   Məmmədov Rəcəb
17   Həsənov Orxan
12   Əlizadə Müşviq
15   Əsgərzadə Vusal

Məşqçi Heyəti

redaktə
  • Baş Məşqçi-Elnur Səfərov
  • Köməkçi Məşqçilər -Röyal Babayev,Ziya İsmayılov

1992-ci il sezonu

redaktə

Müstəqillik illərində Mil Beyləqan Çempionata I diviziyondan başladı.İlk sezonda Mil Beyleqan 18 oyunda 17 xal toplayaraq 5-ci sırada qərarlaşdı.

S Komanda O Q H M TF X
1 Nicat (Maştağa) 18 14 1 3 43–13 29
2 Kür (Samux) 18 11 5 2 34–9 27
3 Pambıqçı (Neftçala) 18 10 4 4 44–23 24
4 Bahar (Qum adası) 18 9 2 7 35–21 20
5 Mil (Beyləqan) 18 6 5 7 24–39 17
6 Gənclik (Şəki) 18 6 4 8 20–36 16
7 OİK (Bakı) 18 5 3 10 9–14 13
8 Şirvan (Ağdaş) 18 5 3 10 24–44 13
9 Azərbaycan U-16 18 4 4 10 21–29 12
10 Aran (Ucar) 18 3 3 12 11–37 9
* Qafqaz (Balakən)
* Mərcanlı (Cəbrayıl)

1993-cü il sezonu

redaktə

Klub bu sezonda I diviziyon B qrupunda 16 oyunda 10 xal toplayaraq 8-ci sırada qərarlaşdı.

S Komanda O Q H M TF X
1 Xəzri (Buzovna) 16 14 1 1 48–3 29
2 Pambıqçı (Neftçala) 16 10 3 3 36–12 23
3 Şəmkir 16 10 2 4 24–14 22
4 Şirvan (Şamaxı) 16 5 4 7 23–23 14
5 Turan-2 (Tovuz) 16 5 3 8 17–27 13
6 Çıraqqala (Siyəzən) 16 5 2 9 19–21 12
7 Şirvan (Ağdaş) 16 5 2 9 20–41 12
8 Mil (Beyləqan) 16 3 4 9 8–41 10
9 Göyçay 16 3 3 10 14–27 9
* Şəfəq (Samux)

1993–1994-cü il sezonu

redaktə

Bu mövsümdə klub I Diviziyon C qrupunda mübarizə aparırdı.Beyləqan təmsilcisi 18 oyuna 3 xal toplayaraq 10-cu sırada qərarlaşdı.

S Komanda O Q H M TF X
1 OİK-Göyəzən (Qazax) 18 16 1 1 60–6 33
2 Zabrat 18 11 5 2 39–11 27
3 Şəmkir 18 12 0 6 42–19 24
4 Turan-2 (Tovuz) 18 11 1 6 34–23 23
5 Məşəl (Bakı) 18 10 2 6 27–14 22
6 AZAL (Bakı) 18 9 1 8 14–31 19
7 Şəfa (Naftalan) 18 5 1 12 25–41 11
8 Avey (Ağstafa) 18 4 2 12 26–49 10
9 Pambıqçı (Zərdab) 18 4 0 14 16–77 8
10 Mil (Beyləqan) 18 1 1 16 6–18 3

Stadion

redaktə

Beyləqan Olimpiya İdman Kompleksi yerləşən stadion Mil Futbol Klubunun ev oyunlarını keçirdiyi məkandır. Beyləqan Şəhər Stadionu SSSR dönəmində istifadəyə verilmişdir. 2014-cü ildə əsaslı təmir edilib. 2019-cu ildə stadionun ərazisində Olimpiya İdman Kompleksi tikilmiş və stadion yenilənmişdir. Stadion 2500 oturacaqlıdır.Ot örtüyü sünidir.

Azərkeş və azərkeş qrupları

redaktə

"Mil-Beyləqan FK"-u Azərbaycanda və Qafqazda Böyük Azərkeş kütlələrindən birinə sahibdir. Beləki "Mil"in hər oyununda stadion tam olaraq azərkeşlərlə dolur. Klubun "Beyniqan Tayfa" adlı fan-klubu fəaliyyət göstərir. Fan-klub 2019-ci ildə fəaliyyətə başlayıb.

Veteran Futbolçular

redaktə
  • Qəşəm İsgəndərov
  • Əli Səfərov

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mil-Beyləqan_FK&oldid=8126129"
LOVE.AZ