. Love.az

Milan Milutinovic - Wikipedia - Love.az

Ana Səhifə - Milan Milutinovic

Milan Milutinović (serb. Милан Милутиновић; 19 dekabr 1942[1], Belqrad – 2 iyul 2023[2], Belqrad) — Yuqoslaviya və Serbiyanın serb əsilli dövlət və siyasət xadimi. Serbiyanın ikinci prezidenti. Prezidentlik səlahiyyəti 29 dekabr 1997-ci ildən 29 dekabr 2002-ci ilə qədər olmuşdur.

Milan Milutinoviç
serb. Милан Милутиновић
Doğum tarixi 19 dekabr 1942(1942-12-19)[1]
Doğum yeri
  • Belqrad
Vəfat tarixi 2 iyul 2023(2023-07-02)[2] (80 yaşında)
Vəfat yeri
  • Belqrad, Belqrad dairəsi, Serbiya
Dəfn yeri
  • Yeni Belqrad qəbiristanlığı[d]
Təhsili
  • Belqrad Universiteti Hüquq fakültəsi[d]
Fəaliyyəti siyasətçi, diplomat, siyasi komissar
Partiyası
  • Yuqoslaviya kommunistlər ittifaqı (–1990)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Serbiyanın Təhsil və Elm üzrə Katibi (1977–82), Serbiya Milli Kitabxanasının direktoru (1983–87), Yuqoslaviya Federativ Respublikasının Yunanıstandakı səfiri (1989–95), Yuqoslaviyanın Federal Xarici İşlər Naziri (1995–97) vəzifələrində çalışmışdır. 2002-ci ilin dekabrında prezidentlik müddəti başa çatdıqdan sonra o, hərbi cinayətlərə görə mühakimə olunduğu Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalına təslim oldu.

Həyatı

redaktə

1942-ci il dekabrın 19-də Belqradda anadan olmuşdur. 1990-cı illərdə etnik albanlara qarşı hərbi cinayətlərdə şübhəli bilinən və bu həftə Haqqa məhkəməsi ndə bəraət qazanan serbiya nın keçmiş prezidenti Milan Milutinoviç Belqrada qayıdıb. Hava limanında sabiq prezident tərfdarları ilə görüşüb. Qeyd edəki ki, Milan Milutinoviç Kosova da 800 min dinc sakinin departasiyası və yüzlərlə adamın qətlində təqsirləndirirldi. Eyni zamanda bu iş üzrə keçmiş prezidentin 4 tərəfdarı və sabiq baş nazir Nikola Sainoviç də həbs edilmişdi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Milan Milutinovic // Munzinger Personen (alm.).
  2. ↑ 1 2 Zemřel bývalý srbský prezident Milutinovič, přispěl ke konci války v Bosně. iDNES.cz.

Xarici keçidlər

redaktə
  • http://www.lidertv.com/new/view.php?lang=az&type=news&menu=2&id=79108
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Milan_Milutinoviç&oldid=7102777"
LOVE.AZ