Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Milli Dalğa — ATV və Azad Azərbaycan radiosu tərəfindən 2012-ci ildə təsis olunan və "Azad Azərbaycan" radiosu tərəfindən təqdim edilən musiqi mükafatı.
Milli Dalğa | |
---|---|
Ölkə |
![]() |
Tip | təkrarlanan hadisə[d] |
Statistika | |
Təsis tarixi | 2012 |
İlk təltif | |
Son təltif | |
Təltif sayı | 9 |
Mükafat mütəmadi olaraq, hər il musiqi sahəsindəki sənətçilərin nailiyyətlərini dəyərləndirmək üçün təqdim edilir. Mükafatı ilk olaraq, 2012-ci ildə Röya Ayxanın "Gizli Sevgi" mahnısı qazanmışdır. Daha sonra mükafatı 2013-cü ildə Zülfiyyə Xanbabayeva və Miri Yusifin "İki Doğma İnsan (Dostum)" mahnısı, 2014-cü ildə Namiq Qaraçuxurlu və "Natiq" ritm qrupunun birlikdə təqdim etdikləri "Vətən" mahnısı, 2015-ci ildə Brilliant Dadaşova nın öz bəstəsi olan "Bu dünya belədir" mahnısı qazanmışdır. Mükafat adətən Azərbaycan sənətçilərinə verilir. Amma 2016-cı ildə türkiyəli müğənni və bəstəkar Ayla Çəliyin "Bağdad" mahnısı bu mükafatı qazanmışdır.[1][2] Mükafat 2017 və 2018-ci illərdə Bakıda hər il ənənəvi olaraq, keçirilən "Soyuq əllər — isti ürəklər" yarmarkasında təqdim olunmuşdur.[3] 2017-ci ildə mükafatı Aygün Kazımovanın "S.U.S", 2018-ci ildə Eyyub Yaqubovun "Əzizim" mahnısı qazanmışdır. 2019-cu ildə mükafatı Eurovision 2008 mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Samir Cavadzadənin "Sev məni" mahnısı qazanmışdır. 2020-ci ildə mükafatı bəstəkar Faiq Sücəddinovun "Qarabağ bizimdir" kompozisiyası qazanmışdır. İkinci Qarabağ müharibəsi zamanı Xudayar Yusifzadənin döyüş bölgəsində "Vətən yaxşıdır" mahnısını ifa etməsi və müharibə zamanı şəhidlik zirvəsinə ucalmasına ithafən 2020-ci ildə "Milli Dalğa"nın xüsusi nominasiyası "Vətən səsi" mükafatı şəhidin ailə üzvlərinə təqdim edilmişdir.[4][5]
Tarix | Qalib Sənətçi | Qalib Layihə | İstinadlar |
---|---|---|---|
2012 | Röya | Gizli Sevgi | [6] |
2013 | Zülfiyyə Xanbabayeva və Miri Yusif | Dostum (İki Doğma İnsan) | [7] |
2014 | Namiq Qaraçuxurlu və "Natiq" ritm qrupu | Vətən | [8] |
2015 | Brilliant Dadaşova | Bu dünya belədir | [9] |
2016 | Ayla Çəlik | Bağdat | [10] |
2017 | Aygün Kazımova | S.U.S. | [11] |
2018 | Eyyub Yaqubov | Əzizim | [12] |
2019 | Samir Cavadzadə | Sev məni | [13] |
2020 | Faiq Sücəddinov | Qarabağ bizimdir | [14] |
2021 | Faiq Ağayev | Aman | [15] |
2022 | Röya, Nicat Rəhimov | Dəli kimi | |
2023 | Tünzalə Ağayeva | Öldür |
Tarix | Qalib Sənətçi | Qalib Layihə | İstinadlar |
---|---|---|---|
2020 | Xudayar Yusifzadə | Vətən yaxşıdır | [16] |