. Love.az

Milli Azliqlar Fraksiyasi - Wikipedia - Love.az

Ana Səhifə - Milli Azliqlar Fraksiyasi

Milli Azlıqlar fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Milli azlıqlar fraksiyası
Lideri Lorens Kun
Quruluş tarixi 7 dekabr 1918
Dağılma tarixi 27 aprel 1920
Müttəfiqlər Alman Milli Şurası
Bakı polyakları
Bakı Ukraynalıları Radası
Yəhudi Milli Şurası
Parlamentdə
5 / 120
(27 aprel 1920)
Hökumətdə
0 / 15
(24 dekabr 1920)

Mündəricat

  • 1 Haqqında
  • 2 Üzvləri
  • 3 Mənbə
    • 3.1 İstinadlar

Haqqında

redaktə

Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) müvafiq olaraq, Azərbaycanda sayca azlıq təşkil edən gürcü, yəhudi, alman və polyakların hərəsindən Azərbaycan Parlamentinə bir nəfər nümayəndə göndərilməsi qərara alındı. Həmin qanuna əsasən, Parlamentdə təmsil olunan bu millətlərin nümayəndələri parlament nizamnaməsinin fraksiyalar yaratmaq barədə tələblərinə uyğun olaraq, birləşib Milli azlıqlar fraksiyasını təşkil etdilər.

1919-cu ilin axırlarına yaxın fraksiyaya alman — Lorens Kun, yəhudi — Moisey Quxman, polyak — Stanislav Vonsoviç, həmçinin ukraynalı — Vasil Kujim daxil idi. Gürcü Vladimir Bakradze sosial-demokrat kimi sosialistlər fraksiyasına daxil olmuşdu. Fraksiyanın parlament iclaslarında daha çox fəallıq göstərən üzvlərdən olan Stanislav Vonsoviç Azərbaycanın taleyüklü məsələlərinin müzakirəsində həmişə yaxından iştirakı ilə seçilirdi.[1]

Üzvləri

redaktə

Fraksiyanın 7 üzvü olmuşdur:

  1. Lorens Kun
  2. Moisey Quxman
  3. Stanislav Vonsoviç
  4. Vasil Kujim
  5. Dubrovski
  6. Vladimir Ollonqren
  7. Mixaylov S.M.

Mənbə

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafık hesabatlar), c.1–2, B., 1998; Адрес-календарь :. Азербаиджанскаой Республики (1918–1920).

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 197. ISBN 9952-417-44-4.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Xalq_Cümhuriyyəti_Parlamentinin_Milli_azlıqlar_fraksiyası&oldid=7831837"
LOVE.AZ