"Milyon qızılgül" - (lat. - Dāvāja Māriņa meitenei mūžiņu, Mari qıza həyat verdi) latviyalı bəstəkar Raimonds Pauls tərəfindən bəstələnmiş musiqi əsəri. Əsər SSRİ-də yaransa da, dünyanın bir çox ölkəsində yerli dillərdə oxunmuşdur.[2]
"Milyon qızılgül" | |
---|---|
Alla Puqaçova tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | 1981 |
Janr | pop musiqisi |
Dil | rus dili |
Müddət | 590 san. |
Bəstəkar | Raimonds Pauls |
Sözlərin müəllifi | Andrey Voznesenski[1] |
Sözləri latviyalı şair Leons Briedisə və musiqisi bəstəkar Raimonds Paulsa aid olan "Dāvāja Māriņa meitenei mūžiņu" (Azərbaycan dilinə tərcüməsi: Mara qıza həyat verdi) əsəri ilk dəfə 1981-ci ildə "Mikrofona aptauja" proqramında Ayya Kukule və Liqa Kreicberq tərəfindən səsləndirilmiş və həmin il qalib seçilmişdir. Paulsun ən məşhur əsərlərindən birinə çevrilən əsər, 1982-ci ildə şair Andrey Voznesenskinin sözləri ilə Alla Puqaçova tərəfindən oxunmuş[3] və bu hali ilə bütün Sovet məkanında, daha sonra isə bütün dünyada məşhurlaşmışdır. Məhz bu səbəbdən də, əsər daha çox "Milyon qızılgül" (rus: Миллион алых роз) adı ilə tanınmışdır.
Əsərin orijinal latış dilindəki versiyasında qız uşağına xoşbəxtliyi verməyi unudan anadan bəhs edərkən, rus versiyasında isə aktrisaya aşiq olmuş rəssamdan (Niko Pirosmani) bəhs edilir[4].