. Love.az

Mintimer Saymiyev - Wikipedia - Love.az

Ana Səhifə - Mintimer Saymiyev

Mintimer Şarip oğlu Şaymiyev (tatar. Минтимер Шәрип улы Шәймиев (Mintimer Şərip ulı Şəymiyev) rus. Минтиме́р Шари́пович Шайми́ев; 20 yanvar 1937[1], Ənək[d], Kalinin rayonu[d], Tatarıstan MSSR, RSFSR, SSRİ) — Rusiya Federasiyasının tərkibində olan Tatarıstan Respublikasının birinci prezidenti. Etnik tatardır. İlk dəfə 12 iyun 1991-ci ildə prezident təyin olunmuş və bu vəzifəyə üç dəfə ardıcıl olaraq yenidən seçilmişdir.

Mintimer Şaymiyev
Минтимер Шәрип улы Шәймиев (Mintimer Şərip ulı Şəymiyev)
1-ci Tatarıstan prezidenti
12 iyun 1991 – 25 mart 2010
SonrakıRüstəm Minnexanov
Şəxsi məlumatlar
Doğum tarixi 20 yanvar 1937 (88 yaş)
Doğum yeri Tatarıstan MSSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (–1991),
  • Evimiz – Rusiya[d],
  • Vahid Rusiya
Fəaliyyəti siyasətçi, dövlət xadimi
Atası Şaqişarip Şaymiyev
Həyat yoldaşı Səkinə Şakirovna Şaymiyeva
Uşaqları Ayrat və Radik
Dini Əhlis-Sünnə
Təltifləri Rusiya Federasiyasının Əmək Qəhrəmanı
gümüş "Olimpiya" ordeni — 2008 "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (Rusiya) — 2022 1-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (Rusiya) 2-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (Rusiya) 3-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (Rusiya) 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (Rusiya) "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı (Rusiya) Medal "In Commemoration of the 1000th Anniversary of Kazan" (Rusiya) "Tatarıstan Respublikası qarşısında xidmətlərə görə" ordeni (Rusiya) "Dostluq" ordeni (Rusiya) Medal In Commemoration of the Three Billionth Ton of Crude Oil Production in Tatarstan (Tatarıstan) 1-ci dərəcəli "Stolıpin" medalı (Rusiya) 1-ci dərəcəli "Dostluq" ordeni (Qazaxıstan) "Şərəf və şöhrət" ordeni (Abxaziya Respublikası) Rusiya Xarici İşlər Nazirliyinin "Beynəlxalq əməkdaşlığa töhfəyə görə" döş nişanı "Dağıstan qarşısında xidmətlərinə görə" ordeni (Rusiya) Order of Al-Fakhr (Rusiya)
1-ci dərəcəli "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeni — 1997 Rusiya Federasiyası Prezidentinin fəxri fərmanı Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi Rusiya Federasiyası Hökumətinin fəxri fərmanı Qızıl maska (Rusiya) 1-ci dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni 1-ci dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni — 2005 Commendation of the Government of Russia (Rusiya) Kazan şəhərinin fəxri vətəndaşı (Rusiya) Government Prize in Culture (Rusiya)
shaimiev.tatarstan.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Şaymiyev 1937-ci ildə Tatarıstan MSSR-nın Aktanışski rayonunun Anyakovo kəndində anadan olmuşdur. 1959-cu ildə Kazan Kənd Təsərrüfatı İnstitutundan məzun olmuş və kənd təsərrüfatı mühəndisi kimi işləməyə başlamışdır. 1963-cü ildə Kommunist Partiyasına üzv olmuş və 1967-ci ildə Tatarıstanın regional partiya təşkilatında kənd təsərrüfatı üzrə şöbə müdirinin müavini vəzifəsinə təyin olunmuşdur. Şaymiyev 1969-cu ildə respublikanın Meliorasiya və Su Təsərrüfatı naziri, 1983-cü ildə isə Tatar Nazirlər Kabinetinin sədr müavini vəzifəsinə təyin olunmuşdur. 1989-cu ilin sentyabrında Tatarıstan Kommunist Partiyasının baş katibi vəzifəsini yerinə yetirmiş və elə həmin il SSRİ Xalq Deputatları Konqresinə seçilmişdir. 1990-cı ilin aprelində Tatarıstan Ali Sovetinə spiker təyin olunub. 31 avqust 1990-cı ildə Ali Sovet Tatarıstanın suverenliyini elan etdikdən sonra, 12 iyun 1991-ci ildə Şaymiyev Tatarıstan SSR-nın prezidenti vəzifəsinə təyin olunmuşdur. 1992-ci ilin martında Tatarıstanın suverenliyi ilə bağlı keçirilən referendum zamanı səsvermədə iştirak edənlərin 62%-i suverenliyin leyhinə səs vermişdir. O, 2001-ci ildə Moskva şəhərinin meri Yuri Lujkovla birlikdə Vahid Rusiya partiyasının qurucusu olmuşdur.

Şaymiyev 2010-cu ilin yanvarında növbəti dəfə Tatarsıtan prezidenti olmaqdan imtina etmiş və Tatarıstanın Baş Naziri Rüstəm Minnexanovun bu vəzifəyə təyin olmasına üstünlük vermişdir. Nəticədə, 27 yanvar 2010-cu ildə o zamankı Rusiya Federasiyası prezidenti Dmitri Medvedyev Minnexanovu Tatarıstan prezidenti vəzifəsinə təyin etmişdir.

Həmçinin bax

redaktə
  • Tatarıstan
  • Rüstəm Minnexanov

Xarici keçidlər

redaktə
  Vikianbarda Mintimer Şaymiyev ilə əlaqəli mediafayllar var.
  • первый глава Республики Татарстан
  • Справка на сайте Совета Федерации [ölü keçid]
  • Official website of Mintimer Shaimiev
  1. ↑ Mintimer Schaimijew // Munzinger Personen (alm.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mintimer_Şaymiyev&oldid=7708014"
LOVE.AZ