. Love.az

Mir Hesen Mirisli - Wikipedia - Love.az

Ana Səhifə - Mir Hesen Mirisli

Mirhəsən Miriş oğlu Mirişli — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1955).[1]

Mirhəsən Mirişli
Doğum tarixi 1903
Doğum yeri
  • Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 8 iyul 1973(1973-07-08)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti teatr aktyoru
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
Azərbaycan SSR əməkdar artisti — 1955

Mündəricat

  • 1 Həyatı və təhsili
  • 2 Aktyor fəaliyyəti
  • 3 Mükafatları
  • 4 İstinadlar

Həyatı və təhsili

redaktə

1903-cü ildə Naxçıvan şəhərində doğulmuşdur. İlk təhsilini Naxçıvanda almış burada ilk əczaçılardan olmuşdur. Uzun müddət bu sahədə fəaliyyət göstərmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.[1]

Aktyor fəaliyyəti

redaktə

Sonradan həyatını teatrla bağlamış və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olmuşdur. Teatrın səhnəsində müxtəlif obrazları ilə yadda qalmışdır. S. Rəhmanın "Toy" əsərində Kərəmov, S. Vurğunun "Vaqif" əsərində Vəzir, Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" əsərində Rüstəm bəy, Ə. Abbasquliyevin "Günəş doğur" əsərində Şahqulu, M. S. Ordubadinin "Beş manatlıq gəlin" əsərində Kərbəlayi Həsənalı obrazlarını yaratmışdır.[1]

Mükafatları

redaktə
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955
  • "Naxçıvan MSSR əməkdar artisti" fəxri adı — 1944
  • "Qırmızı əmək bayrağı" ordeni[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 42. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirhəsən_Mirişli&oldid=8012191"
LOVE.AZ