. Love.az

Mir Mohsun Nevvabin Ev Muzeyi - Wikipedia - Love.az

Ana Səhifə - Mir Mohsun Nevvabin Ev Muzeyi

Mir Möhsün Nəvvabın evi — Şuşa şəhərinin tarixi Mamayı məhəlləsi ərazisindəki Nəvvab küçəsində (keçmiş Komsomolskaya) yerləşən iki mərtəbəli ev.

Mir Möhsün Nəvvabın evi
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Mamayı məhəlləsi, Nəvvab küçəsi 4
Tikilmə tarixi XIX əsrin ortaları
Vəziyyəti naməlum
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.372
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Mündəricat

  • 1 Haqqında
  • 2 Muzeyin yaranması
  • 3 Muzeyin eksponatları
  • 4 İşğaldan sonra
  • 5 M. M. Nəvvabın kolleksiyları
  • 6 Şəkilləri
  • 7 Həmçinin bax
  • 8 İstinadlar
  • 9 Xarici keçidlər

Haqqında

redaktə

Azərbaycan şair və rəssamı Mir Möhsün Nəvvab bu evdə yaşamış və fəaliyyət göstərmişdir. SSRİ dövründə evdə sənətkarın ev muzeyi yaradılmışdır.[1]. Evin otaqları divar rəsmləri ilə zəngin bəzədilmişdi.

Mir Möhsün Nəvvabın Ev-Muzeyi Şuşada fəaliyyət göstərən 8 muzeydən biri idi və Azərbaycanın maddi-mənəvi irsinin qorunduğu əsas mədəniyyət ocaqlarından hesab olunurdu. Lakin 1992-ci ildə Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində muzeyin fəaliyyəti dayandırılmış, binası qismən dağıdılmış, orada saxlanılan qiymətli eksponatlar isə qarət olunmuşdur.[2]

Ümumilikdə, işğal edilmiş ərazilərdə 700-dən artıq mədəniyyət abidəsi ilə yanaşı, 22 muzey və 4 rəsm qalereyası talan edilmişdir. Onların arasında Şuşada yerləşən Dövlət Qarabağ Tarixi Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Bülbülün memorial muzeyi və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı da vardı. Bu mədəniyyət ocaqları Azərbaycan xalqının tarixini, musiqisini və incəsənətini əks etdirən dəyərli irs nümunələrinin qorunduğu məkanlar idi.[3]

Zöhrabbəyovların evində yerləşən Şuşa Dövlət Rəsm Qalereyasında isə XIX əsr Azərbaycan miniatür sənətinin görkəmli nümayəndəsi Mir Möhsün Nəvvabın əsərləri – onun öz kitabları üçün çəkdiyi illüstrasiyalar nümayiş etdirilirdi. Bu əsərlər qalereyanın qızıl fondunu təşkil edirdi. Beləliklə, Nəvvabın sənət irsi təkcə onun ev-muzeyində deyil, həm də Şuşanın digər mədəniyyət ocaqlarında xüsusi yer tuturdu. Şuşanın işğalı ilə bu sənət məbədlərinin fəaliyyəti də sona çatmışdır.[4][5]

Muzeyin yaranması

redaktə

Hələ Mir Möhsün Nəvvabın adını daşıyan muzeyin yaranmamışdan 9 il öncə – "Şuşa" qəzetinin 1981-ci il 15 avqust tarixli sayında böyük sənətkarın xatirə muzeyinin hazırlandığı qeyd olunub. Yazıda bildirilib ki, M. M. Nəvvabın yaşamış olduğu binada şair-rəssamın özü tərəfindən çəkilmiş, müxtəlif movzularda işlənmiş lövhələr bərpaçı-rəssamlar tərəfindən yenidən işlənib öz əvvəlki görkəminə salınır. Bina bərpadan sonra şairin ev muzeyinə çevriləcəkdir. Muzey isə naməlum səbəblərdən xeyli illər sonra – 1990-cı ilin noyabr ayında Mir Mövsün Nəvvabın vaxtilə yaşadığı mənzildə ev muzeyi statusunda fəaliyyətə başlayıb.[2]

Ev muzeyinin ilk direktoru Xuraman Ağayeva olub. Muzeydə Mir Möhsün Nəvvabın həyat və yaradıcılığından bəhs edən 130 eksponat sərgilənirdi.[6]

Muzeyin eksponatları

redaktə

Eksponatlar içərisində sənətkara məxsus çap maşını, teleskop, özünün çəkdiyi rəsm əsərləri var idi. Muzeydə M. M. Nəvvabın çapçılıq fəaliyyətini isbatlayan eksponatlar da sərgilənirdi.

"Şuşa" qəzetində Mədəni-Maarif Məktəbinin müəllimi Ə. Nəcəfov həmin eksponatlarla bağlı nümunələrdən, o cümlədən sənətşünaslıq doktoru N. Miklaşevskayadan sitat gətirərək qeyd etmişdi: – M. M Nəvvabın çapçılıq fəaliyyətindən bəhs edərkən sənətşünaslıq doktoru N. Miklaşevskaya yazır: Əgər M. M. Nəvvabın çapçılıq fəaliyyətini ciddi öyrənib onun bu sahədəki bütün işini dərindən təhlil edən olarsa, bəlkə də belə bir nəticəyə gələrik ki, Azərbaycanın ilk çapçısı Mir Möhsün Nəvvabdır".[1]

İşğaldan sonra

redaktə

Hazırda muzey fəaliyyət göstərmir. Muzey eksponatları isə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində həm muzeyin binası və iki yüzə yaxın eksponatı məhv edilmişdir. İşğaldan sonra eksponatların çoxunu xilas etmək mümkün olmasa da bəzi eksponatlar indi İncəsənət Muzeyindədir. Şuşa məscidində Nəvvaba aid guşə varıydı. Əşyalarının çoxu orada idi. İndi həmin əşyalar da İncəsənət Muzeyində qorunur. Çəkdiyi rəsmlər, əlyazmalar, əşyalar…Onun ən dəyərli eksponatı Əmir Teymurun portreti olmuşdur. Rəssamlar bu əsərə yüksək qiymət veriblər.[7]

Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında Azərbaycanın şair, rəssam, xəttat və musiqişünas alimi Mir Möhsün Nəvvaba (1833–1918) aid materiallar yerləşdirilimişdir. Belə ki, Mir Möhsün Nəvvaba aid materiallar daimi ekspozisiyanın "XIX əsrdə Azərbaycanda elm, təhsil və mədəniyyət" zalında ayrıca vitrində yerləşdirilmişdir. Burada həm mətn, həm də rəsmlərinin müəllifi M. M. Nəvvab olan "Kitabi divani farisi" əsərinin, eləcə də "Kəşfül-həqiqəti-məsnəvi" əsərinin orijinalları qoyulmuşdur. Qeyd etmək lazımdır ki, musiqi nəzəriyyəsinə həsr edilmiş "Kəşfül-həqiqəti-məsnəvi" əsəri Mir Möhsün Nəvvabın ən tanınmış əsərlərindəndir; Nəvvab bu əsərin də həm mətninin, həm də rəsmlərinin müəllifidir. Vitrində həmçinin M. Nəvvabın çəkdiyi rəsmlərin surətləri nümayiş olunur.[8]

M. M. Nəvvabın kolleksiyları

redaktə

Məlumdur ki, Nəvvab orta əsrlərə aid Azərbaycan silahlarından ibarət kolleksiya toplayırdı. Onun kolleksiyasından bir neçə silah hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Daimi ekspozisiyada kolleksiyanın incilərindən olan XVI-XVII əsrlərə aid dəbiqlə nümayiş olunur. Vitrində Mir Möhsün Nəvvabın XIX əsrin 70-ci illərinə aid fotoşəkli və Şuşadakı qəbrinin fotosu yerləşdirilmişdir. Nəvvabın qəbri üzərində abidə 1957-ci ildə qoyulub (heykəltaraş Tokay Məmmədov). 1992-ci ildə şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan sonra abidə dağıdılmışdır.[9]

Şəkilləri

redaktə

Evin erməni işğalından sonrakı halı.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Həmçinin bax

redaktə
  • Məclisi-fəramuşan
  • Mirzə Qədim İrəvani

İstinadlar

redaktə
  1. ↑ 1 2 Миклашевская, Н. М. Стенные росписи Азербайджана XVIII — XIX вв (Архитектура Азербайджана (очерки)). Баку. 1952. 467.
  2. ↑ 1 2 "Azərbaycan muzeyləri". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.
  3. ↑ "Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi". Virtual Qarabağ. İstifadə tarixi: 2025-05-12.
  4. ↑ "Flora Xəlizadə, Azərbaycan qəzeti, 2012-ci il, 18 may, səh.11". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.
  5. ↑ "Дом-музей Мир Мохсун Навваба". 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01.
  6. ↑ History. "Мир Мохсун Навваб: Бриллиант стеклянного города Шуша" (rus). 2019-05-06. İstifadə tarixi: 2025-05-12.
  7. ↑ "Mir Möhsün Nəvvabın nəticəsindən müsahibə". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.
  8. ↑ "Mir Möhsün Nəvvabın Xatirə Muzeyi". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.
  9. ↑ Əhmədov Səbuhi Əhməd oğlu. Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı: kitab-kataloq. Bakı: Təhsil. 2023. 104. ISBN 978-9952-542-88-2. İstifadə tarixi: 2025-05-12.

Xarici keçidlər

redaktə
  • Milli Azərbaycan Tarix Muzeyi [ölü keçid]
  • Mir Möhsün Nəvvaba aid materiallar [ölü keçid]
  • Beynəlxalq Muzeylər Günü
  • Sumqayıt Regional Mədəniyyət İdarəsi [ölü keçid]
  • GoMap
  • Əsirlikdə olan Azərbaycan abidələri Arxivləşdirilib 2016-10-19 at the Wayback Machine
  • AMEA Tarix Muzeyi Arxivləşdirilib 2017-07-01 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mir_Möhsün_Nəvvabın_ev-muzeyi&oldid=8131146"
LOVE.AZ