. Love.az

Mirabutalib Semedov - Wikipedia - Love.az

Ana Səhifə - Mirabutalib Semedov
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.

Mirabutalıb Mirkərim oğlu Səmədov (1907) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR xalq maliyyə komissarı (1938–1946) və maliyyə naziri (1946–1949).

Mirabutalıb Səmədov
Azərbaycan SSR maliyyə naziri
28 mart 1946 – 26 sentyabr 1949
Əvvəlkivəzifənin ad dəyişdirilib
SonrakıRza Sadıqov
Azərbaycan SSR xalq maliyyə komissarı
5 may 1938 – 28 mart 1946
Sonrakıvəzifənin ad dəyişdirilib
Azərbaycan SSR xalq maliyyə komissarının müavini
1937 – 1938
Şəxsi məlumatlar
Doğum tarixi 1907
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası

Təltifləri "Lenin" ordeni — 1946 "Qırmızı əmək bayrağı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı

Həyatı

redaktə

Mirabutalıb Səmədov 1907-ci ildə anadan olmuşdur. 9 yaşında olarkən kassir olan atası Mirkərim Səmədov vəfat etmiş, 2–3 il anasının himayəsində yaşadıqdan sonra 1919-cu ildə "Məktəb" mətbəəsində şagirdliyə daxil olmuşdur.[1]

Mirabutalıb Səmədov Bakının Bayıl-Bibiheybət rayonunun qazma şöbəsində əmək fəaliyyətinə başlayaraq 1928-ci ilədək burada çalışmışdır. 1928-ci ildən Azərbaycan Dövlət Bankında işləmişdir. Sonrakı illərdə Nuxa və Cəbrayıl rayonlarında, habelə Dağlıq Qarabağ Muxtar Vilayətində bank müdiri, Azərbaycan Kommunal Bankında şöbə müdiri, Bakının Voroşilov rayonunda maliyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1937-ci ildə Azərbaycan SSR xalq maliyyə komissarının müavini, 1938-ci ildə isə xalq maliyyə komissarı vəzifəsinə irəli çəkilmişdir.[1]

Mirabutalıb Səmədov Sovet İttifaqı Kommunist Partiyasının üzvü və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi plenumu üzvlüyünə namizəd olmuşdur. Azərbaycan SSR Ali Sovetinin, eləcə də SSRİ Ali Sovetinin deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı" ordeni və "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilmiş, dəfələrlə SSRİ Xalq Maliyyə Komissarlığı tərəfindən mükafatlandırılmış, "SSRİ maliyyə işçisi əlaçısı" döş nişanına layiq görülmüşdür.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Мир Абталыб Сәмәдов // Коммунист. № 14 (7196). 19 январ 1946-ҹы ил. С. 3.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirabutalıb_Səmədov&oldid=7902922"
LOVE.AZ