. Love.az

Miransahi Ailesi - Wikipedia - Love.az

Ana Səhifə - Miransahi Ailesi

Miranşahi ailəsi — Bayandurlar sülaləsinin ikinci dərəcəli qolu olan ailə. Ailə Teymuri sülaləsi ilə Bayandurlu sülaləsinin qarışığından, yəni Sidi-Əhməd ibn Miranşah Teymuri ilə Uzun Həsənin qızı Rüqəyyə Sultanın evliliyindən ortaya çıxmışdır.[1]

Miranşahi ailəsi
Titul Bəy
Əcdadı Əmir Teymur və Uzun Həsən
Mənşəyi Ağqoyunlu imperiyası
Təbəəliyi Ağqoyunlu imperiyası

Mündəricat

  • 1 Baysunqur hakimiyyətə gələrkən reaksiyaları
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Mənbə

Baysunqur hakimiyyətə gələrkən reaksiyaları

redaktə

Sultan Yaqub Qarabağdakı düşərgədə öldükdən sonra Sufi Xəlilin yardımı ilə oğlu Baysunqur hakimiyyətə gəldi. Baysunqurun taxta çıxışında Miranşahi ailəsinin dəstəyi mühüm rol oynamışdı. Hökmdarlığın faktiki hakimi olan Sufi Xəlil Yaqubun baş komandanı Mirzə Əli ibn Sultanxəlili ələ keçirib edam etdirdi. Onun bu addımı Bayandurluların və Miranşahilərin Sufi Xəlildən uzaqlaşmasına və üsyana başlamasına səbəb oldu. Üsyan nəticəsində hökdmar düşərgəsində qanlı döyüş baş verdi və döyüş nəticəsində Miranşahilərin daxil oldğu koalisiya məğlub oldu.[2]

Həmçinin bax

redaktə
  • Ağqoyunlu dövləti
  • Teymurilər

İstinadlar

redaktə
  1. ↑ Woods, 1999. səh. 194
  2. ↑ Woods, 1999. səh. 151

Mənbə

redaktə
  • John E. Woods. The Aqquyunlu: Clan, Confederation, Empire (Revised and Expanded Edition). University of Utah Press. 1999. ISBN 978-0874805659.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Miranşahi_ailəsi&oldid=7152895"
LOVE.AZ